Məhkəmə qərarları › İş №3(046)-40/2022

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-40/2022

17.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-40/2022 17.03.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1979-cu il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Göyçay rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Göyçay rayon İcra və Probasiya Şöbəsininin icra məmuru X1 tərəfindən 26.01.2022-ci il tarixdə inzibati xəta protokolu tərtib edilmişdir ondan ötrü ki, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra məmurunun çağırışlarına gəlməmiş, Göyçay Rayon Məhkəməsinin 2(046)-490/2016 saylı, 16.03.2016-cı il tarixli icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs 6030 manat borcunu ödəməmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs göstərmişdir ki, ondan tələbkar Zərərçəkmiş şəxs xeyrinə 6030 manat məbləğində pul tutulması barədə qətnamə qəbul edilmişdir. Həmin puldan zərərçəkmişin xeyrinə 500 manat ödəmişdir. Bazarda günəmuzd fəhlə işləyir. Maddi imkanı zəif olduğundan tələbkara olan borcunu ödəyə bilməmişdir. 2022-ci ilin may ayınadək tələbkara olan borcunu tam ödəyəcəkdir. Zərərçəkmiş şəxs izahat verərək göstərmişdir ki, Şəxs ona olan borcundan 2016-cı il tarixdən indiyədək 500 manat ödəmişdir. Buna görə də onun barəsində qanuni tədbirlər görülməsini xahiş edir. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Göyçay Rayon Məhkəməsinin 2(046)-490/2016 saylı, 16.03.2016-cı il tarixli məhkəmə əmrini üzürsüz səbəbdən icra etməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetir. Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən törətdiyi xətanın xarakterini, törədilmə şəraitini, heç bir üzrlü səbəb olmadan tələbkara olan borcunu ödəməkdən yayındığını, həmçinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona inzibati həbs tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona 10 gün müddətinə inzibati həbs tənbeh növü təyin edilsin. Həbsin əvvəli 17.03.2022-ci il tarixdən saat 10:30-dan hesablansın. Qərarın icrası Göyçay rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar