Məhkəmə qərarları › İş №3(046)-405/2020

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-405/2020

02.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-405/2020 02.11.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Vəliyev Vüsal Rasim oğlunun katibliyi, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Göyçay Şəhriyar küçəsi ev 10 mənzil 3-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Göyçay rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Göyçay şəhərində xx xxxxxx 2020-ci il tarixdə acıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Göyçay rayon İcra və Probasiya Şöbəsininin icra məmuru X3 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə inzibati xəta protokolu tərtib edilmişdir ondan ötrü ki, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(046)-267/2020 saylı icra vərəqəsinə əsasən zərərçəkmiş şəxs X2 520 manat borcunu və Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(046)- 578/2020 saylı icra vərəqəsinə əsasən zərərçəkmiş şəxs X1 2530 manat borcunu ödəməmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs izahat verərək göstərmişdir ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(046)-267/2020 saylı icra vərəqəsinə əsasən zərərçəkmiş şəxs X2 520 manat borcunu və Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(046)-578/2020 saylı icra vərəqəsinə əsasən zərərçəkmiş şəxs X1 maddi imkanı olmadığından ödəyə bilməmişdir. Borcunu hissə-hissə tələbkara ödəyəcəkdir. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, ŞəxsnunGöyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(046)-267/2020 saylı icra vərəqəsinə əsasən zərərçəkmiş şəxs X2 520 manat və Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(046)-578/2020 saylı icra vərəqəsinə əsasən zərərçəkmiş şəxs X1 2530 manat məbləğində pulu üzürsüz səbəbdən qaytarmamaqla Azərbaycan Respublikası İnzibati Xətaları Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetir. Şəxs həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1.-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən törətdiyi xətanın xarakterini, törədilmə şəraitini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmamasını nəzərə alaraq ona inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə təyin edilsin. Qərarın icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar