Məhkəmə qərarları › İş №3(046)-406/2020

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-406/2020

02.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-406/2020 02.11.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs iştirakı ilə xx.xx.1978-ci il tarixdə Göyçay rayonu Ərəb kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonu Ərəb kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 510-cu maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. Ona görə ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 16 radələrində sərxoş vəziyyətdə SHXDX Göyçay rayon Şöbəsinin qarşısında nalayiq söyüşlər söyərək ətrafdakı insanların diqqətini özünə cəlb etmiş, SHXDX Göyçay rayon Şöbəsinin iş fəaliyyətini pozmuş və ictimai qaydanı pozmuşdur. Məhkəmədə inzibati xəta törətmiş şəxs qismində izahat vermiş Şəxs əməlini etiraf edərək göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 16 radələrində SHXDX Göyçay rayon Şöbəsinin qarşısında nalayiq söyüşlər söymüşdür. Sərxoş olduğundan özündə olmamış və ünvansız söyüşlər söymüşdür. Törətdiyi əməldən peşmandır. İnzibat xəta törətmiş Şəxs izahatını dinləyən, toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi subuta yetir. Məhkəməyə təqdim edilmiş inzibati qaydada tutma haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 16:00-da inzibati qaydada həbs edilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli 315 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protkolundan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə orta dərəcəli sərxoş olmuşdur. (0.9 promilli) Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini, törədilmə şəraitini, məsuliyyətini yüngülləşdirən halın olmamasını, eləcə də inzibati xətanı sərxoş vəziyyətdə törətməsini məsuliyyətini ağırlaşdırılan hal kimi nəzərə alaraq, ona təqsirləndirildiyi İXMnin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib, ona 10 gün müddətinə inzibati həbs tənbeh növü təyin edilsin. Həbsin əvvəli xx xxxxxx 2020-ci il tarixdən saat 16:00-dan hesablansın. Qərarın icrası Göyçay rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar