Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-407/2024 03.06.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay Rayon Məhkəməsinin hakimi X3, xx.xx.1968-ci ildə Göyçay rayonu, Çaxırlı kəndində anadan olmuş, subay, orta təhsilli, Göyçay rayonu, Çaxırlı kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Şəxs 29 mart 2024-cü il tarixdə yaşadığı Göyçay rayonu, Çaxırlı kəndində müvafiq icra hakimiyyəti orqanından xüsusi icazəsi olmadan qardaşı X4 məxsus 1 ədəd qoşalüləli, İJ-58 markalı, 16 kalibrli, C-40398 nömrəli mülki silahı saxlamışdır. İnzibati xəta hadisənin olması 29 mart 2024-cü il tarixli inzibati xəta haqqında protokolla, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasının vaxtı və yeri haqqında qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bu halda Azərbaycan Respublikası İXM-in 61.3 və 112.1.4-cü maddələrinə əsasən, işə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan raportdan görünür ki, Göyçay rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis baş leytenantı Hafiz Abdullayev xx.xx.2024-cü il tarixdə inzibati ərazidə ov silahlarının saxlanılması qaydalarını yoxlayarkən Göyçay rayonu, Çaxırlı kəndində yaşayan Şəxs qardaşı X4 məxsus Q-98 nömrəli şəhadətnamə əsasında qeydiyyatda olan 1 ədəd qoşalüləli, İJ-58 markalı, 16 kalibrli, C-40398 nömrəli ov silahını müvafiq icra hakimiyyəti orqanından icazə almadan özündə saxladığı müəyyən edilmişdir. İş materiallarında olan maddi sübutun götürülməsi barədə protokoldan görünür ki, Göyçay rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis mayoru X1, hal şahidləri X5 və X2 iştirakları ilə xx.xx.2024-cü il tarixdə Göyçay rayonu, Çaxırlı kəndində yaşayan Şəxs məxsus olan bir ədəd qoşalüləli, İJ-58 markalı, 16 kalibrli, C-40398 nömrəli ov silahı götürülərək Göyçay RPŞ-nin növbətçi hissəsinə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyətləri İctimai birliyinin Ucar rayon Ovçuların 2 saylı dayaq məntəqəsi tərəfindən tərtib edilmiş aktdan görünür ki, bir ədəd qoşalüləli, 16 kalibrli, İJ-58 markalı, C-40398 nömrəli ov tüfəngi yivsiz, lüləli mülki ov silahıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə-silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. İş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.1 və 26.2-ci maddələrinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 151.1 və 151.2-ci maddələrinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Predmetin müsadirəsi haqqında qərarın icrası başa çatdıqda, bu barədə müvafiq qeyd aparılmaqla həmin qərar onu qəbul etmiş hakimə qaytarılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq onun barəsində əsas inzibati tənbeh tədbiri olaraq cərimənin, əlavə inzibati tənbeh tədbiri olaraq isə inzibati xətanın bilavasitə obyekti olan predmetin müsadirəsinin tətbiq edilməsini məqsədə müvafiq hesab edirəm. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldım: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinərək, bir ədəd qoşalüləli, İJ-58 markalı, 16 kalibrli, C-40398 nömrəli ov silahı müsadirə edilməklə, 80 (səksən) manat məbləğində cərimə edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №3(046)-407/2024
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-407/2024
03.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver