Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-408/2023 10.07.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Göyçay Rayon Məhkəməsinin hakimi Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Qərarından şikayət verilmiş Qida X1 X14 Qida təhlükəsizliyinə nəzarət sektorunun baş məsləhətçisi X8, Qərardan şikayət vermiş şəxs X4 iştirakı ilə, X4 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qəbul edilmiş 05 iyun 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işə yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: X10 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qəbul edilmiş 05 iyun 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işə yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməsini xahiş etmişdir. X10 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış 27 aprel 2023-cü ıl tarixli, KY231916801 nömrəli çıxarışa və Azərbaycan Respublikası Qida X1 X14 26 aprel 2023-cü il tarixli, MARB-YPK-017 nömrəli “Yoxlamanın aparılması haqqında” Qərarına əsasən fəaliyyət göstərdiyi ünvan 1 ünvanda yerləşən ‘'Zeytun” kafesində yoxlama suallarının siyahısından seçilmiş 124-cü suallar üzrə Agentliyin Mərkəzi X14 əməkdaşları X9 və X16 tərəfindən yoxlama aparılmış və yoxlamanın nəticəsinə dair 05 iyun 2023-cü il tarixli MARB-YPK-020 nömrəli akt tərtib edilmişdir. Həmin aktda 124-cü sual üzrə yoxlama zamanı “Zeytun" ictimai-iaşə müəssisəsindən götürülmüş mal əti nümunələrinin müayinə (sınaq) nəticələrinə dair №6c63qbd/LAB01-23013-T-013 nömrəli sınaq protokoluna əsasən ətin tərkibində at DNTsi aşkar olunduğu göstərilmişdir. Tərtib edilmiş yoxlama aktına və inzibati icraatın digər materiallarına əsasən barəsində 24 may 2023-cü il tarixdə Azərbaycan Respublikası İXMin 447.0.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən inzibati xəta haqqında protokola Azərbaycan Respublikası Qida X1 X14 rəisi X6 tərəfindən 05 iyun 2023-cü il tarixdə baxılmış, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə təqsirli bilinərək 1500 manat məbləğində inzibati cərimə edilməsi barədə qərar qəbul edilmişdir. Göstərilən əsaslara görə Azərbaycan Respublikası Qida X1 X14 rəisi X3 05 iyun 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, inzibati xəta haqqında işə yenidən baxılması üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Belə ki, fəaliyyət göstərdiyi “Zeytun" adlı kafedə plandankənar (növbədənkənar) yoxlamanın aparılmasına əsas hüquqi şəxs tərəfindən sözügedən kafedə qida təhlükəsizliyi qaydalarına əməl edilməməsi barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinə etmiş olduğu müraciət (məlumat) olmuşdur. Lakin istər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində alınmış 24 may 2023-cü il tarixli, KY231923942 nömrəli çıxarışda, istərsə də Azərbaycan Respublikası Qıda X1 X14 05 iyun 2023-cü il tarixli. MARB-YPK-020 nömrəli “Yoxlamanın aparılması haqqında” Qərarında plandankənar (növbədənkənar) yoxlamanın aparılmasına əsas hansı hüquqi şəxsin müraciəti göstərilməmişdir. Yalnız həmin sənədlərdə “Zeytun" adlı kafedə qida təhlükəsizliyi qaydalarına riayət edilməməsi barədə edilmiş müraciətə əsasən plandankənar (növbədənkənar) yoxlamanın aparıldığı göstərilmişdir. Barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə əsas kimi “Zeytun” restoranından sınaq üçün götürülmüş ət nümunəsindən at əti DNT-sınin çıxması olmuşdur. Bununla bağlı hesab edir ki, “Zeytun” restoranında satılan ətlər fiziki şəxs kimi X11 fəaliyyət göstərdiyi emal sexindən alınmışdır. Yoxlamadan öncə sonuncu dəfə ət məmulatını həmin şəxsdən 24 aprel 2023-cü il tarixli, ******* nömrəli qaimə-fakturaya əsasən almışlar. 28 aprel 2023-cü il tarixdə isə Azərbaycan Respublikası Qıda Təhlükəsizliyi İnstitutunun Milli Referens Laboratoriyası tərəfindən 24 aprel 2023-cü ıl tarixdə Əli Zeynalovdan alınmış ət məmulatından nümunə götürülmüş, həmin laboratoriya tərəfindən yoxlanılmış ətin DNTsınin at ətinin DNT-sinə uyğun olması barədə rəy verilmişdir. Əgər doğrudan da, laboratoriyanın verdiyi rəy qərəzli deyilsə, obyektivdirsə, bu halda belə həmin ətin emalında və satışında hər hansı təqsirli hərəkət və ya hərəkətsizlik yoxdur. Ət məmulatını mütəmadi olaraq Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilmiş çıxarışa əsasən fəaliyyət göstərən şəxsdən, yəni Əli Zeynalovdan almış, həmin şəxsə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən çiy ət məhsullarının satışı üçün müvafiq çıxarış verildiyindən, onun fəaliyyətinin mütəmadi yoxlanılmasından, müştərilərinə keyfiyyətli və mənşəyi müəyyən olunan ət məmulatının satmasından arxayin olmuşlar. İctimai iaşə sahəsində qanunvericiliyə riayət etməklə fəaliyyət göstərir və aldıqları məhsulları həmişə müvafiq sertifikat və sənədləri olan yerlərdən almağa çalışmışlar. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qəbul edilmiş 05 iyun 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işə yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X10 şikayət ərizəsində göstərilən xüsusatlara uyğun izahat verərək Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qəbul edilmiş 05 iyun 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işə yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş Qida X1 X14 Qida təhlükəsizliyinə nəzarət sektorunun baş məsləhətçisi X13 şikayətçinin dəlillərini qəbul etməyərək izahatında göstərmişdir ki, ünvan 1 ünvanda yerləşən ‘'Zeytun” kafesində yoxlama aparılmış, yoxlamanın nəticəsinə dair 05 iyun 2023-cü il tarixli MARB-YPK-020 nömrəli akt tərtib edilmişdir. Həmin aktda 124-cü sual üzrə yoxlama zamanı “Zeytun" ictimai-iaşə müəssisəsindən götürülmüş mal əti nümunələrinin müayinə (sınaq) nəticələrinə dair №6c63qbd/LAB01-23013-T-013 nömrəli sınaq protokoluna əsasən ətin tərkibində at DNT-si aşkar olunduğu göstərilmişdir. Qeyd olunan kafedə qanunla nəzərdə tutulan pozuntu aşkarlandığından X10 barəsində qanunamüvafiq surətdə 24 may 2023-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilmişdir. Həmin protokol əsasında isə xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Şikayəti əsassız olduğundan məhkəmədən rədd edilməsini xahiş etmişdir. Şikayət ərizəsini nəzərdən keçirib, proses iştirakçılarının izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edirəm ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası Qida X5 Məhsulları Sahəsində fəaliyyət göstərən Subyektlərin Dövlət Reyestrindən çıxarışdan görünür ki, X11 mal və ya toyuq ətindən çiy (bişməmiş) dönər məhsulları sahəsində fəaliyyəti xx.xx.2020-ci il tarixdə 10-Q-02599 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş yoxlamanın aparılması haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, sahibkar X7 məxsus ünvan 1 ünvanda yerləşən ‘'Zeytun” kafesində xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək planlı yoxlama aparılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 24 may 2023-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, X10 barəsində Azərbaycan Respublikası İXM-nin 447.0.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş 05 iyun 2023-cü il tarixli, MN ******* nömrəli qərardan görünür ki, X10 inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1500 manat məbləğində cərimə olunması barədə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi tərəfindən verilmiş heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına cavab verməsini təsdiq edən ekspertiza aktından görünür ki, X12 məxsus istehsal müəssisəsindən 200 kiloqram çiy dönər (mal əti) məhsulu yararlı hesab edilmişdir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi İnstitutu Milli Referans Laboratoriyasının xx.xx.2023-cü il tarixli sınaq protokolundan görünür ki, mal əti nümunəsində aparılmış ekspertiza zamanı at DNT-si aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinə əsasən mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə istehlakçının hüquqlarını pozur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sahibkar X7 məxsus ünvan 1 ünvanda yerləşən ‘'Zeytun” kafesində xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək yoxlamanın aparılması haqqında Azərbaycan Respublikası Qida Təhlükəsizliyi tərəfindən xx.xx.2023-cü il tarixdə qərar qəbul edilmişdir. Həmin qərara əsasən X7 məxsus ünvan 1 ünvanda yerləşən ‘'Zeytun” kafesində xx.xx.2023-cü il tarixdə yoxlama aparılmış və müəyyən edilmişdir ki, götürülmüş nümunələrdə at əti (DNT-si) aşkar olunmuşdur. Bu səbəbdən xx.xx.2023-cü il tarixdə X10 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarla X10 inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1500 (bir min beş yüz) manat məbləğində cərimə olunması barədə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs qərarın ləğvi və iş üzrə icraata xitam verilməsi üçün aşağıdakı dəlilləri irəli sürmüşdür.
1. Yoxlama "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmamışdır. yoxlama reyestrdə qeydiyyata alınmamışdır.
2. Yoxlama zamanı (DNT-si) at əti olan məhsulun at əti kimi ona satıldığını bilməmişdir. Məhkəmə qərardan verilmiş şikayətin dəlilləri ilə razılaşmır və bunu aşağıdakılarla əsaslandırır. «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra - yoxlama) yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur; Həmin Qanunun 14.1-ci maddəsinə əsasən yoxlama plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) aparılır. Hazırkı iş üzrə inzibati orqan tərəfindən plandankənar (növbədənkənar) yoxlama aparılmış, yoxlamanın müddəti xx.xx.2023-cüil-xx.xx.2023-cü il müəyyən edilmiş, reyestrdən çıxarışda yoxlamanın keçirilməsi üçün zəruri olan digər məlumatlar qeyd edilmişdir. Bundan əlavə, inzibati orqan tərəfindən tətbiq edilmiş inzibati tənbeh İXM-nin 447-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə olmuşdur. Həmçinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin götürülmüş nümunələrdə at ətinin olması barədə məlumatının olmaması inzibati məsuliyyəti istisna etməmiş, İXM-də qeyd olunan hal inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar kimi nəzərdə tutulmamışdır. Beləliklə, inzibati xəta haqqında protokol tərtib edilən və inzibati tənbeh vermə haqqında qərar qəbul edilən zaman səlahiyyətli orqan tərəfindən İnzibati Xətalar Məcəlləsinin tələblərini pozan hərəkətlərə yol verilməsi aşkar edilməmiş, X4 İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsində inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində cərimə olunması barədə inzibati tənbeh vermə haqqında qərar qanuni olmuş, inzibati tənbehin vermə haqqında qərarın ləğvi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. İş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edirəm ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qəbul edilmiş 05 iyun 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməsi barədə şikayət əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub,
qərar aldım:
Şikayət təmin edilməsin. X4 Azərbaycan Respublikası İXM-nin 447.0.1-ci maddəsi ilə təqsirli bilinərək 1500 manat məbləğində cərimə olunması barədə Azərbaycan Respublikası X2 05 iyun 2023-cü il tarixli, MN ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət vermək olar.
Hakim: Elçin Qurbanov