Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-408/2025 20.06.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədova Fidan Şöhrət qızının katibliyi, X1 iştirakı ilə, DİN BDYPİ-nin mərkəzi məlumat xidmətinin rəisi Elvin Abdullazadə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardan verilmiş şikayətə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində DİN BDYPİ-nin mərkəzi məlumat xidmətinin rəisi Elvin Abdullazadə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında EQ 28376139 saylı qərarın ləğv edilməsini xahiş etmişdir. X2 şikayətini müdafiə edərək belə əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə saat 12 radələrində idarə etdiyi Mercedes markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Göyçay şəhəri Nizami küçəsi ilə hərəkətdə olan zaman işıqforun yaşıl işığından “stop” nişanını keçmiş, sola dönüb hərəkətini davam etdirmək istəyən zaman ondan qarşıdan gələn avtomobillərin çoxluğu səbəbindən eləcə də qarşıda hərəkət edən avtomobilin piyadalara yol verdiyindən, yol ayrıcında sveteforun qırmızı işığına düşmüşdür. Yol kəsişməsini boşaltmaq məqsədi ilə hərəkətini davam etdirmişdir. Buna görə də onun barəsində İXM-nin 327.2-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hesab edir ki, xx.xx.2025-ci il tarixdə saat 12 radələrində yol hərəkəti qaydalarını pozmamışdır. Buna görə də qərarın ləğv edilməsin xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli EQ 28376139 saylı inzibati tənbeh vermə qərarından görünür ki, X4 xx.xx.2025-ci il tarixdə Mercedes Benz C180 markalı, **- UT-*** dövlət nömrə nişanlı minik avtomobili ilə hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozduğuna görə İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat inzibati qaydada cərimə edilmişdir. Məhkəməyə təqdim edilmiş DVD disk görüntülərdən görünür ki, X4 xx.xx.2025-ci il tarixdə Mercedes Benz C180 markalı, **-UT-*** dövlət nömrə nişanlı minik avtomobili ilə Göyçay şəhəri Nizami küçəsində hərəkətdə olarkən svetoforun qadağanedici işarəsinin tələbini pozaraq, hərəkətini davam etdirmişdir. Təqdim edilmiş sübutlardan görünür ki, X4 xx.xx.2025-ci il tarixdə Mercedes Benz C180 markalı, **-UT-*** dövlət nömrə nişanlı minik avtomobili ilə hərəkətdə olarkən svetoforun qadağanedici işarəsinin tələbini pozmuş, hərəkətini davam etdirmişdir. Baş vermiş hadisə ilə bağlı xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat inzibati qaydada cərimə edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə baxışı zamanı X4 xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsinə əsas verə bilən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Belə olan halda tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, X3 DİN BDYPİ-nin mərkəzi məlumat xidmətinin rəisi Elvin Abdullazadə tərəfindən xx.xx.2025-ci il tarixdə qəbul edilmiş, EQ 28376139 saylı inzibati tənbeh vermə qərarı ilə razılaşmadığı barədə göstərdikləri xüsusatlar onun barəsində qəbul edilmiş qərarın ləğvi üçün əsas ola bilməz. Buna görə də X3 şikayəti əsassızdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130, 131- 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şikayət təmin edilməsin. X3 DİN BDYPİ-nin mərkəzi məlumat xidmətinin rəisi Elvin Abdullazadə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli İXM-nin 327.2-ci maddəsi ilə 100 manat inzibati qaydada cərimə edilməsi barədə qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov.
Məhkəmə qərarları › İş №3(046)-408/2025
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-408/2025
20.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver