Məhkəmə qərarları › İş №3(046)-409/2023

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-409/2023

04.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-409/2023 04.07.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay rayon Məhkəməsinin hakimi X4, xx.xx.1987-ci ildə Göyçay şəhərində anadan olmuş, subay, orta təhsilli, işləməyən, Göyçay şəhəri, Xurşidbanu Natəvan prospekti, ev 7A, mənzil 25-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələrinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Şəxs 04 iyul 2023-cü il tarixdə saat 04 radələrində sərxoş vəziyyətdə Göyçay rayon Polis Şöbəsinin qarşısında və növbətçi bölmədə ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, onu nizam-intizama dəvət edən ictimai qaydanın mühafizə vəzifələrini icra edən Göyçay rayon Polis Şöbəsinin əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. İnzibati xəta hadisənin olması 04 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatı, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə, saat 04 radələrində sərxoş vəziyyətdə olduğundan Göyçay rayon Polis Şöbəsinin inzibati binasının qarşısına gələrək polis rəisi ilə görüşmək istədiyini növbətçi hissəsinin polis əməkdaşlarına bildirmişdir. Polis əməkdaşları ondan anket məlumatlarını tələb etmiş, həmin vaxt polis əməkdaşlarına əsəbləşərək onların ünvanlarına nalayiq ifadələr işlətmişdir. Onu nizam-intizama dəvət etmək istəyən polis əməkdaşlarının tələblərinə qəsdən tabe olmayaraq polis şöbəsinin yaxınlığında yerləşən yanacaq doldurma məntəqəsinə qaçmışdır. Yanacaq doldurma məntəqəsinin həyətində ona yaxınlaşan PPX-nin əməkdaşlarına üzərində olan mətbəx bıçağını çıxardaraq əlində yelləmiş, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. Törətdiyi əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində izahat vermiş Göyçay rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri, polis serjantı X5 izahat verərək bildirdi ki, digər polis əməkdaşı X6 ilə birlikdə 04 iyul 2023-cü il tarixdə, saat 04 radələrində Göyçay rayon Polis Şöbəsinin nəzarət buraxılış məntəqəsində xidmət aparan zaman Şəxs sərxoş vəziyyətdə stasionar posta yaxınlaşmış, polis rəisi ilə görüşmək istədiyini onlara bildirmişdir. Həmin vaxt Şəxs ucadan səs-küy salaraq əsassız yerə onlarla mübahisə etmiş, onu nizam-intizama dəvət etməklərinə baxmayaraq o, onların qanuni tələblərinə qəsdən tabe olmayaraq polis şöbəsinin yaxınlığında yerləşən yanacaq doldurma məntəqəsinə qaçmışdır. Məhkəmədə şahid qismində izahat vermiş X6 şahid X1 izahatına uyğun eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Göyçay rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri X3 izahat verərək bildirdi ki, digər polis əməkdaşı X2 ilə birlikdə 1 nömrəli avtopatrulda 04 iyul 2023-cü il tarixdə, saat 04 radələrində xidmət aparan zaman Göyçay rayon Polis Şöbəsinin növbətçi hissəsindən Şəxs sərxoş vəziyyətdə Göyçay rayon Polis Şöbəsinin nəzarət buraxılış məntəqəsində ictimai qaydanı pozduğunu, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq polis şöbəsinin yaxınlığında yerləşən yanacaq doldurma məntəqəsinə qaçdığını məlumat verərək bildirmişlər. Yanacaq doldurma məntəqəsinin həyətində Şəxs yaxınlaşan zaman üzərində olan mətbəx bıçağını çıxararaq hədələmiş, onu nizam-intizama dəvət etməklərinə baxmayaraq o, onların qanuni tələblərinə tabe olmayaraq nalayiq ifadələr işlədərək öz hərəkətlərini davam etdirmişdir. Daha sonra Şəxs əlindəki bıçağı zorla əlindən alaraq onu rayon polis şöbəsinə gətirərək növbətçi hissəyə təhvil vermişlər. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 04:40-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş 04 iyul 2023-cü il tarixli 250 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs orta dərəcəli sərxoşluq müəyyən olunmudur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edirəm ki, inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati həbs növündə inzibati tənbehin müddəti İXM-nin 31.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-33 maddələrinə müvafiq olaraq inzibati həbs tətbiq edərkən xətaların müvafiq olaraq ictimai qayda və idarəçilik qaydaları əleyhinə olması barədə xarakteri, inzibati xəta törədən şəxsin əmlak vəziyyətinin qənaətbəxş olmaması, iş üzrə məsuliyyəti yüngülləşdirən halların olmaması və inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsinin iş üzrə məsuliyyəti ağırlaşdıran hal olması nəzərə alınır. Beləliklə hesab edirəm ki, inzibati xəta törətmiş şəxs daha ciddi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətaya görə həmin maddənin sanksiyası həddləri daxilində müəyyən müddətə inzibati həbs edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutub, qərara aldım: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətə inzibati həbs tətbiq olunsun. İnzibati həbs müddətinin əvvəli 04 iyul 2023-cü il tarixdən saat 04:40-dan hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar