Məhkəmə qərarları › İş №3(046)-410/2020

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-410/2020

17.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-410/2020 17.11.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikası Dövlət X7 X2 daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində xx xxxxxx 2020-ci il tarixdə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində X8 İdarəsi tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə İXM-nin 428.7.1ci maddəsi ilə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. Ona görə ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şəxs tərəfindən Göyçay rayonunun Qaraməryəm kəndi ərazisində yerləşən işıq dirəyinə vurulmuş 01 ədəd iki üzlü kronşteyn və ayrıca dayaqlı reklam lövhəsi üzərində müvafiq icazə sənədi olmadan qanunsuz reklam yerləşdirilmişdir. İş üzrə inzibati xəta törətmiş Şəxs törətdiyi əməli etiraf edərək göstərmişdir ki, qeyd edilən reklamı iki il müddətdir ki, həmin yerə yerləşdirmişdir. Bu müddət ərzində İdarənin nümayəndəsi ondan rəsmi olaraq müqavilə bağlanmasını tələb etməmişdir. Ona görə də müqavilə bağlamamışdır. Təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəriməni ödəməyə hazırdır. İş üzrə inzibati xəta haqqında protokol tərtib etmişŞirvan X3 nümayəndəsi X4 izahat verərək göstərmişdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şəxs tərəfindən Göyçay Göyçay rayonunun Qaraməryəm kəndi ərazisində yerləşən işıq dirəyinə vurulmuş 01 ədəd iki üzlü kronşteyn və ayrıca dayaqlı reklam lövhəsi üzərində müvafiq icazə sənədi olmadan qanunsuz reklam yerləşdirldiyinə görə inzibati tənbehin təyin edilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş 000826 saylı xx.xx.2020-ci il tarixli aktdan görünür ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şəxs Göyçay Göyçay rayonunun Qaraməryəm kəndi ərazisində yerləşən işıq dirəyinə vurulmuş 01 ədəd iki üzlü kronşteyn və ayrıca dayaqlı reklam lövhəsi üzərində müvafiq icazə sənədi olmadan qanunsuz olaraq reklam yayımı həyata keçirir. Məhkəməyə təqdim edilmiş 082 saylı xx xxxxxxx 2020-ci il tarixli baxış aktından görünür ki, xx.xx.2020-ci il tarixdə təkrar baxış keçirilərkən Göyçay rayonunun Qaraməryəm kəndi ərazisində yerləşən işıq dirəyinə vurulmuş 01 ədəd iki üzlü kronşteyn və ayrıca dayaqlı reklam lövhəsi üzərində qanunsuz reklam yerləşdirilməsi Şəxs tərəfindən davam etdirilmişdir. Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsinə əsasən Açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəməyə təqdim edilmiş vergi uçotuna alınmış vergi ödəyiiləri barədə məlumatların verilməsi barədə X5 çıxarışdan görünür ki, Şəxs ********** saylı VÖEN-lə 9 saylı X6 qeydiyyatdadır. Təqdim edilmiş materiallardan görünür ki, Şəxs vəzifəli şəxs hesab edilir. Təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şəxs tərəfindən Göyçay rayonunun Qaraməryəm kəndi ərazisində yerləşən işıq dirəyinə vurulmuş 01 ədəd iki üzlü kronşteyn və ayrıca dayaqlı reklam lövhəsi üzərində müvafiq icazə sənədi olmadan qanunsuz reklam yerləşdirildiyindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətaları Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetir. Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh təyin edərkən törədilmiş xətanın xarakterini, törədilmə şəraitini, həmçinin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq Şəxs inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128- 130-cu maddələrini əldə rəhbər tutub QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsinə əsasən 1500 manat məbləğində inzibati cərimə təyin edilsin. Qərarın icrası Şəxs yaşadığı ərazi üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar