Məhkəmə qərarları › İş №3(046)-410/2023

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №3(046)-410/2023

14.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 3(046)-410/2023 14.08.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay Rayon Məhkəməsinin hakimi X5, xx.xx.1997-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, Göyçay rayonu, Kürd kəndində qeydiyyatda olan və yaşayan X6 Göyçay rayon X13 X14 İnzibati Təcrübə üzrə inspektoru X7 xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: X6 Göyçay rayon X13 X14 İnzibati Təcrübə üzrə inspektoru X7 “inzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərarından verdiyi şikayət Göyçay Rayon Məhkəməsinə 04 iyul 2023-cü il tarixdə daxil olmuşdur. X9 şikayətini belə əsaslandırmışdır ki, **-XT-*** dövlət qeydiyyat nişanlı, «Vaz 21705» minik markalı avtonəqliyyat vasitəsi ona məxsusdur. O, avtomobili qeydiyyat şəhadətnaməsi ilə idarə edir. xx.xx.2023-cü il tarixində Göyçay şəhəri Nizami küçəsində hərəkətdə olmadığı təqdirdə DYP əməkdaşları yaxınlaşıb ona avtomobilində konstruksiya dəyişikliyi olduğu və avtomobilin duracağa təmin olunmalı olduğu bildirmişlər. Barəsində İXM 342.2.2-ci və 342.2.3-cü maddəsi ilə protokol tərtib edildi. O, bunun qanunsuz olduğunu, şəxsə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində sport yazıldığını bildirmişdir. Tərtib edilmiş protokola əsasən xx.xx.2023-cü il tarixdə inzibati qaydada 150 manat cərimə edilməsi barədə qərar qəbul edilmişdir. Qeydiyyat şəhadətnaməsinə sport yazıldığı təqdirdə, avtomobilə konstruksiya dəyişikliyi etmək qanunauyğundur. Məhkəmədən şikayətin təmin edilməsini xahiş etmişdir. İşin obyektiv və hərtərəfli həlli üçün Göyçay Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli qərardadı ilə X6 idarə etdiyi **-XT-*** dövlət qeydiyyat nişanlı, Vaz 21705 minik markalı avtomobilin texniki vəziyyətini müəyyən etmək məqsədi ilə məhkəmə-təhlükəsizlik texnikası ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyul 2023-cü il tarixli məlumatı ilə məhkəmə ekspertizasının aparılmasından imtina edilmiş, məlumat 08 avqust 2023-cü il tarixdə xüsusi rabitə vasitəsilə məhkəməyə çatdırılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Göyçay rayon X13 X14 nümayəndəsi və qərardan şikayət vermiş şəxs X9 məhkəməyə gəlməmişlər, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. X9 xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək Göyçay rayon X13 X14 İnzibati Təcrübə üzrə inspektoru X7 “inzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərarından verdiyi şikayətin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 52.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak edən şəxslər icraatında həmin işlər olan hakimə, səlahiyətli orqana (vəzifəli şəxsə) baxılması məcburi sayılan vəsatət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən vəsatət yazılı formada verilir və o, dərhal baxılmalıdır. Vəsatətin təmin olunmasından imtina edildikdə, bu barədə qərardad qəbul edilir. Hesab edirəm ki, X9 şikayətin geri qaytarılması barədə ərizə təqdim etdiyindən, şikayət baxılmadan geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 52-ci maddələrini rəhbər tutub, qərara aldım: X6 Göyçay rayon X13 X14 İnzibati Təcrübə üzrə inspektoru X7 “inzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim: Elçin Qurbanov İş № 3(032)-21/2017 İnzibati xəta haqqında işlər üzrə məhkəmə iclasının protokolu Şirvan şəhər Məhkəməsi X2, X1 iştirakı ilə, Şirvan şəhərində məhkəmə binasında 16 yanvar 2017-ci il tarixdə X8 Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxılır. Hakim saat 16.30-da məhkəmə iclasını açır və bildirir ki, Şirvan şəhər Polis Şöbəsindən inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər 16 yanvar 2017-ci il tarixdə Şirvan şəhər Məhkəməsinin icraatına daxil olmuşdur. Hakim protokola və ona əlavə edilmiş sənədlərin məhkəmə icraatının mümkünlüyünü yoxlayır. Hakim iş üzrə sənədləri elan edir və hər biri ayrı-ayrılıqda məhkəmə baxışından keçirilir. Hakim müşavirə otağına gedir, qayıdıb gəldikdən sonra qərardadı oxuyub elan edir. Məhkəmə iclası bağlı elan olundu. Protokol 16 yanvar 2017-ci il tarixdə tərtib edildi. Hakim: Katib AZƏRBAYCAN RESPUBLİKASİ ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ İnzibati İŞ № 3-(032)-21/2017 X11 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala dair 1-ci instansiya məhkəməsinə Daxil olmuşdur: 16 yanvar 2017- ci Baxılmışdır: Arxivə verilmişdir: Azərbaycan Respublikası Şirvan şəhər Məhkəməsi AZ1800 Şirvan şəhəri, 20 Yanvar küçəsi 16, Tel.: № /021/ 215-01-51, Faks: /021/ 215-42-36 www.shirvancourt.gov.az, e-mail contact@shirvancourt/gov/az 3(032)-21/2017 16 yanvar 2017-ci il Şirvan şəhər Polis Şöbəsinin rəisi X16 Hörmətli Hikmət müəllim, X11 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələblərinin pozulması ilə əlaqədar tərtib edilmiş inzibati xəta haqqında protokol Şirvan şəhər Məhkəməsi hakiminin 3(032)-21/2017saylı, 16 yanvar 2017-ci il tarixli qərardadına əsasən Sizə geri qaytarılır. Qoşma: Şirvan şəhər Məhkəməsi hakiminin 3(032)-21/2017 saylı, 16 yanvar 2017-ci il tarixli qərardadının surəti – X11 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələblərinin pozulması ilə əlaqədar tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Şirvan şəhər Məhkəməsinin Elçin Qurbanov hakimi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar