Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-411/2022 28.07.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ X3 Rizvan oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 394-1.1-ci maddəsi ilə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsidən daxil olmuş inzibati xəta haqqında protokola Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Şəxs barəsində İXM-nin 394-1.1-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilərək baxılması üçün Göyçay rayon məhkəməsinə göndərilmişdir ona görə ki, Göyçay RİH tərəfindən X1 Göyçay rayonu Kürd kəndində qeyri-yaşayış obyektinin tikintisinə icazə verilmiş, lakin Göyçay RİH-nin memarlıq və tikinti şöbəsinin məsləhətçisi Şəxs sənədləri hazırlayarkən tikinti obyektinə dair məlumatları qanunla müəyyən edilmiş müddətdə komitəyə təqdim etməmişdir. İnzibati xəta törətmiş Şəxs məhkəmənin vaxtı və yeri barədə məlumat verilmiş, lakin Şəxs məhkəmə baxışında iştirak etməmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 394-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol verməsi tam sübuta yetir. Ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 394-1.1-ci maddəsinə əsasən tikilən, istismar edilən və sökülən tikinti obyektləri, habelə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikinti obyektlərinə tətbiq edilən qadağalar və məhdudiyyətlər barədə məlumatların Tikintilərin Dövlət Reyestrinə qanunla müəyyən edilmiş müddətə göndərilməməsinə və təqdim edilməməsinə görə - vəzifəli şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən, törətdiyi əməlin xarakterini, törədilmə şəraitini məsuliyyətini yüngülləşdirən, eləcə də məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə inzibati tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İXM-nin 394-1.1-ci maddəsi ilə təqsirli bilinib, ona 500 (beş yüz) manat məbləğində inzibati cərimə təyin edilsin. Qərarın icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(046)-411/2022
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-411/2022
28.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver