Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-411/2024 21.05.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, inzibati xəta törətmiş Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1968-ci il tarixdə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Göyçay rayonu Ulaşlı-Şıxlı kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə Göyçay rayon Polis Şöbəsində daxil olmuş inzibati xəta haqqında materiallara Göyçay şəhərində baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati xəta protokol tərtib edilmişdir ondan ötrü ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Göyçay rayonu Ulaşlı-Şıxlı kəndində Zərərçəkmiş şəxs ilə aralarında yaranan mübahisə zamanı, sonuncunun köynəyini cırmış, Zərərçəkmiş şəxs 50 manat ziyan vurmuşdur. İnzibati xəta törətmiş Şəxs törətdiyi əməli etiraf edərək göstərmişdir ki, Göyçay rayonu Ulaşlı-Şıxlı kəndində yaşayır, xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Göyçay rayonu Ulaşlı-Şıxlı kəndində həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında bağın suvarılması ilə bağlı mübahisə baş vermişdir. Mübahisə zamanı Zərərçəkmiş şəxs onun boyunbağısın sındırmış, o isə Zərərçəkmiş şəxs köynəyini cırmışdır. Zərərçəkmiş şəxs göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Göyçay rayonu Ulaşlı-Şıxlı kəndində Şəxs ilə aralarında mübahisə baş vermiş, mübahisə zamanı Şəxs ona əynində olan köynəyi cırmış, ona 50 manat ziyan vurmuşdur. Buna görə də inzibati xəta törətmiş Şəxs şikayətçidir və barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Göyçay rayonu Ulaşlı-Şıxlı kəndində Zərərçəkmiş şəxs əynində olan köynəyi cırması və Zərərçəkmiş şəxs 50 manat ziyan dəydiyi sübuta yetirilmişdir. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 232.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən Özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda- inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən törətdiyi əməlin xarakterini, törədilmə şəraitini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş dəymiş ziyanın bir mislində inzibati cərimə tənbeh növü təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə təqsirli bilinib, ona 100 manat məbləğində inzibati cərimə təyin edilsin. Qərarın icrası Göyçay rayon İcra və Probasiya həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim : İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-411/2024
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-411/2024
21.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver