Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-412/2020 07.11.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Vəliyev Vüsal Rasim oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs və zərərçəkmiş X2 iştirakı ilə, xx.xx.2003-cü il tarixdə Göyçay rayonunun Potu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Ağdam rayonunun Xıdırlı kəndində qeydiyyatda olan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Göyçay rayon PŞ-dən daxil olmuş inzibati xəta haqqında protokola Göyçay şəhərində xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilmişdir ondan ötrü ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 20 radələrində Göyçay rayonu Hüngütlü kəndində aralarında yaranmış mübahisə zamanı X3 vurmuşdur. Məhkəmədə inzibati xəta törətmiş Şəxs izahat verərək göstərmişdir ki, xx.xx.2020ci il tarixdə saat 20 radələrində Göyçay rayonu Hüngütlü kəndində X4 ilə aralarında baş vermiş mübahisə zamanı X3 vurmuşdur. X1 ilə barışmışlar. Buna görə də işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində izahat vermiş X4 göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 20 radələrində Göyçay rayonu Hüngütlü kəndində Şəxs ilə aralarında baş vermiş mübahisə zamanı Şəxs onu vurmuşdur. Şəxs ilə barışmışlar. Şəxs heç bir tələb və şikayəti yoxdur. Materiala əlavə edilmiş ********* saylı cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati icraat açılması üçün qərarın surəti Göyçay RPŞ-nin İTB-nə göndərilmişdir. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə baxışı zamanı inzibati xəta törətmiş Şəxs və zərərçəkmiş X4 ərizə təqdim edərək barışdıqlarını göstərmiş, inzibati material üzrə icraata xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası İXM-nin 53.0.9-cu maddəsinə əsasən Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 53, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ : Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Göyçay RPŞnin İTB-nin sahə rəisi X5 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli MN ******* saylı inzibati xəta protokolu üzrə icraata, Şəxs zərərçəkmiş şəxs X4 ilə barışdığına görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim : İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-412/2020
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-412/2020
07.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver