Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-412/2022 28.07.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ X13 Rizvan oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə Ucar rayon PŞ-nin polis baş leytenantı X5 tərəfindən tərtib edilmiş İXP ******* saylı inzibati xəta protokolu üzrə materiala Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Şəxs barəsində xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir ona görə ki, Şəxs xx.xx.2022-ci il tarixdə Göyçay rayon istiqamətindən Ucar rayonunun Küçəkənd kəndi istiqamətində yolun sağ tərəf istiqaməti ilə idarə etdiyi Vaz-2107 markalı **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən, qarşısında hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi Opel Astra minik markalı **-EE-*** nömrə nişanlı avtomobili ehdiyyatsızlıqdan sağ arxa künc hissəsindən vurmuşdur. Hadisə nəticəsində hər iki avtomobil idarə etməni itirərək yolun sol hissəsində olan su kanalına düşmüş, həmin vaxt Opel Astra markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişlər X1 ağır zərər vurmaya, X3 az ağır zərər vurmaya, X4 az ağır zərər vurmaya və X2 az ağır zərər vurmaya aid xəsarətlər almışlar. İnzibati materiala əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə Göyçay rayon istiqamətindən Ucar rayonunun Küçəkənd kəndi istiqamətində yolun sağ tərəf istiqaməti ilə idarə etdiyi Vaz-2107 markalı **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən, qarşısında hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi Opel Astra minik markalı **-EE-*** nömrə nişanlı avtomobili ehdiyyatsızlıqdan sağ arxa künc hissəsindən vurmuşdur. Hadisə nəticəsində hər iki avtomobil idarə etməni itirərək yolun sol hissəsində olan su kanalına düşmüş, həmin vaxt Opel Astra markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişlər X1 ağır zərər vurmaya, X3 az ağır zərər vurmaya, X4 az ağır zərər vurmaya və X2 az ağır zərər vurmaya aid xəsarətlər almışlar. Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində tərkib olduğu üçün barəsində inzibati qaydada müvafiq tədbir görülməsi üçün qərarın surəti Ucar RPŞ-nin DYPB-nə göndərilmişdir. İş üzrə toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi subuta yetir. Azərbaycan Respublikası İXM-nin Həmin məcəllənin 327.8.-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinib, ona 200 manat məbləğində inzibati cərimə tənbeh növü təyin edilsin. Qərarın icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(046)-412/2022
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-412/2022
28.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver