Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 3(046)-412/2024 21.05.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Göyçay Rayon Məhkəməsinin hakimi Fəttahov İbrahim Bağır oğlunun sədrliyi ilə, Göyçay rayon Polis şöbəsinin sahə rəisi X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib edilmiş xx.xx.2024cü il tarixli inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri Göyçay şəhərində nəzərdən keçirib, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Göyçay rayon Polis şöbəsinin sahə rəisi X1 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs mütəmadi olaraq narkotik vasitə olan metamfetamin və heroindən qanunsuz olaraq istifadə edir. Məhkəmə inzibati xəta haqqında protokolu və əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Tərtib edilmiş inzibati xəta protokolundan görünür ki, protokolda Şəxs hansı tarixdə hansı narkotik vasitədən qanunsuz istifadə etdiyi və ya saxladığı müəyyən edilməmiş, inzibati xətanın törədildiyi yer, vaxt və zaman göstərilməmişdir. Eləcə də, Şəxs protokol tərtib edildiyi vaxt narkotik vasitələrdən istifadə etdiyinə dair həkim narkoloqun müvafiq rəyi inzibati materiala əlavə edilməmişdir. Hazırki vəziyyətdə məhkəmə hesab edir ki, qeyd edilən protokol natamam olduğu üçün Göyçay rayon Polis şöbəsinə geri qaytarılmalıdır. Azərbaycan Respbulikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılmalıdır. Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında Göyçay Rayon Polis şöbəsinin sahə rəisi X1 tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş protokol və əlavə edilmiş materiallar geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109- 114-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokol və əlavə edilmiş sənədlər Göyçay rayon Polis şöbəsinə geri qaytarılsın. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-412/2024
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №3(046)-412/2024
21.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver