Məhkəmə qərarları › İş №3(046)-413/2022

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-413/2022

26.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-413/2022 26.07.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ X20 Rizvan oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X16 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin nümayəndəsi X6 iştiraki ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X16 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə 4000 manat inzibati tənbeh növündə cərimə təyin etmiş xx.xx.2022-ci il tarixli qərarından X11 tərəfindən verilmiş şikayətə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X11 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində 4000 manat inzibatı cərimə edilməsinə dair xx.xx.2022-ci il tarixdə inzibati tənbeh vermə haqqında MN ******* saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X3 şikayətini belə əsaslandırmışdır ki, X16 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin rəisi Elçin Əliyev heç bir faktı araşdırmadan, tam mənada əsassız vətəndaş şikayətinə görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair 4000 (dörd min) manat inzibati cərimə cəzası təyin etmiş, MN ******* nömrəli, 29 iyun 2022-ci il tarixli qərar çıxarmışdır. O, 2022-ci ilin aprel ayında Göyçay rayonu Cəyirli kənd ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarə olaraq təmir emalatxanasını icarəyə götürmüş, amma iş olmaması səbəbindən vergi orqanlarında sahibkar kimi qeydiyyatı belə olmamışdır. Hansı ki, inzibati tənbeh vermə haqqında qərarda onun adına guya ********** nömrəli VÖEN olduğu qeyd olunub. Belə ki, bəzi vaxtlarda qaynaqçı olduğundan ona sifariş olunan günəmuzd işlər ardınca gedibgəldiyi səbəbindən emalatxanadan yalnız əşyaların saxlanması yeri kimi istifadə etmişdir. Faktiki olaraq o, nə hansısa bir sahibkar nə də ki, vəzifəli şəxs deyil, əslində sifariş olduğu təqdirdə mənzillərdə və ya obyektlərdə günəmuzd işləyərək ailəsinin sosial durumuna gəlir gətirmək üçün xidmət göstərən fəhlədir. Məhz qaynaq işləri ilə bağlı ona müraciət edən şəxslər olduqda ya tək, ya da ki, başqa şəxslərlə birlikdə sifariş götürdüyü yerlərdə işləməyə gedir. Barəsində şikayət edən X4 gəldikdə isə onu Göyçay şəhərindən tanıyır, amma onun işçisi olmayıb. Hətta belə bir faktı da özü təsdiq edə bilər. Elton hərdən onun emalatxanasına gəlib-gedirdi ki, iş olduqda ona da desin ki, onunla birlikdə sifariş olunan yerə işləməyə getsin. Təxminən 2022-ci ilin may ayında icarə götürdüyü emalatxanadan kabel götürülməsilə bağlı onun yanına gələn Elton adlı şəxsdən şübhələnərək ona irad bildirmişdir ki, “sən nə vaxt adam olacaqsan, get buradan apardığın kabeli gətirib yerinə qoy”. O da onun sözündən əsəbiləşərək Daxili İşlər Nazirliyinin “102” Qaynar Xəttinə zəng edərək məlumat verdi ki, guya onu vurub təhqir etmişdir. Bir neçə gün sonra Göyçay Rayon X2 zəng edərək şöbəyə dəvət etdilər. Həmin vaxt Elton Abbasov da oraya gələrək heç bir şikayət və tələbi olmadığını, xəsarət almadığını, eləcə də şikayəti əsəbi olduğu üçün etdiyini bildirmişdir. Buna baxmayaraq işi araşdıran təhqiqatçı məni hədələyərək bildirdi ki, “sən əmək müqaviləsi olmadan yanında işçi işlədirsən, səni prokurorluğa verib cərimə etdirəcəyəm”. Nə qədər izah etməyə çalışsa da ki, o, özü elə günəmuzd fəhlədir, nə işçisi götürməlidir ki?”. Təəssüf ki, onun fikirlərinə məhəl qoyulmadı. 2022-ci ilin 06 iyul tarixində ona məlum oldu ki, artıq X18 tərəfindən heç bir araşdırma aparılmadan, tam əsassız olaraq barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Məhkəmədən barəsində 4000 manat inzibatı cərimə edilməsinə dair xx.xx.2022-ci il tarixdə inzibati tənbeh vermə haqqında MN ******* saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X16 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin nümayəndəsi X9 izahat verərək göstərmişdir ki, Göyçay rayon X1 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə xx.xx.2022-ci il tarixli qərar baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə daxil olmuşdur. Daxil olmuş sənədlər əsasında X11 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 4000 manat inzibati tənbeh növündə cərimə təyin edilmişdir. Məhkəməyə təqdim edilmiş Göyçay rayon Prokurorunun 31 may 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarından görünür ki, X8 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Qərar baxılması üçün aidiyyət üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müqdafiə Nazirliyinə göndərilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə qərarından görünür ki, Əmək Məcəlləsində nəzərədə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə X11 Azərbaycan Respublikası İXM-nin 192.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, həmin maddə ilə təqsirli bilinib 4000 manat inzibati qaydada cərimə edilmişdir. Təqdim edilmiş sübutları araşdıran məhkəmə hesab edir ki, X8 barəsində tərtib edilmiş xx.xx.2022-ci tarixli 4000 manat məbləğində inzibati qaydada cərimə edilməsinə dair qərarın ləğv edilməsi barədə tələbi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmaması, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Belə olan halda tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, X8 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X16 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin rəisi X15 xx.xx.2022-ci il tarixli qərarı ilə razılaşmadığı barədə göstərdikləri xüsusatlar onun barəsində qəbul edilmiş qərarın ləğvi üçün əsas ola bilməz. Buna görə də X8 şikayəti əsassızdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130, 131- 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şikayət təmin edilməsin. X8 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X16 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin rəisi X19 tərəfindən xx.xx.2022-ci il tarixli İXM-nin 192.1-ci maddəsi ilə 4000 manat inzibati qaydada cərimə edilməsi barədə qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar