Məhkəmə qərarları › İş №3(046)-413/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-413/2024

22.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-413/2024 22.05.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay Rayon Məhkəməsinin hakimi X6, xx.xx.1972-cü ildə Göyçay rayonu Kürdəmiş kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonu Kürdəmiş kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Şəxs xx.xx.2008-ci il təvəllüdlü X3 və 11 mart 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 75 manat,cəmi 150 manat sabit pul məbləğində aliment tutularaq X1 verilməsi barədə Göyçay Rayon Məhkəməsinin 2(046)- 1059/2015 saylı, 06 iyul 2015-ci il tarixli icra sənədinin icrası ilə bağlı Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati tənbeh almasına baxmayaraq Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli,3(046)-396/2023 saylı qərarı qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar yerinə yetirməmişdir. İnzibati xəta hadisəsinin olması 22 may 2024-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxsin və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatları, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-1059/2015 saylı, 06 iyul 2015-ci il tarixli icra sənədinə görə xx.xx.2008-ci il təvəllüdlü X3 və 11 mart 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 75 manat,cəmi 150 manat sabit pul məbləğində aliment tutularaq X1 verilməlidir. Maddi imkanı olmadığı üçün aliment borcunu ödəyə bilməmişdir. Xurma mövsümü başlayandan sonra ödəniş edə biləcəkdir.Gələcəkdə maddi imkanı olduqda aliment borcundan hissə-hissə ödənişlər edəcəkdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 izahat verərək bildirdi ki, Göyçay Rayon Məhkəməsinin 2(046)- 1059/2015 saylı, 06 iyul 2015-ci il tarixli icra sənədi üzrə hər ay uşağın saxlanılması üçün 75 manat sabit pul məbləğində aliment Şəxs alınaraq tələbkar X1 ödənilməsi qərara alınmışdır. Borclu Şəxs aliment borcunu ödəmədiyinə görə Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 15 gün müddətə inzibati qaydada həbs edilmişdir. Borclu Şəxs hazırda 12695 manat aliment borcu qalmışdır. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs Göyçay Rayon Məhkəməsinin 2(046)-1059/2015 saylı, 06 iyul 2015-ci il tarixli icra sənədi üzrə yaranmış aliment borcunun alınıb tələbkar X1 ödənilməsi barədə Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən xəbərdar edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Şəxs yazılı izahatından görünür ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-1059/2015 saylı, 06 iyul 2015-ci il tarixli icra sənədi üzrə borclu maddi imkanı olmadığından aliment borcunu ödəməmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(046)-396/2023 saylı qərarının surətindən görünür ki, inzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 15 gün müddətə inzibati həbs tətbiq olunmuşdur. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edirəm ki, inzibati xəta hadisəsi olduğundan inzibati xəta törətmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati həbs növündə inzibati tənbehin müddəti İXM-nin 31.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-33 maddələrinə müvafiq olaraq inzibati həbs tətbiq edərkən xətanın idarəçilik qaydaları əleyhinə olması barədə xarakteri, inzibati xəta törədən şəxsin əmlak vəziyyətinin qənaətbəxş olmaması, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmaması nəzərə alınır. Beləliklə hesab edirəm ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin sanksiyasının həddləri daxilində müəyyən müddətə inzibati həbs edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128-130-cü maddələrini rəhbər tutub, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək,barəsində 20 (iyirmi) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 22 may 2024-cü il tarixdən saat 12:50-dən hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Göyçay Rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar