Məhkəmə qərarları › İş №3(046)-414/2022

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-414/2022

26.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-414/2022 26.07.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ X22 Rizvan oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, X1nun və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin X21 Şöbəsinin nümayəndəsi X5 iştirakı ilə, X3 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin X21 Şöbəsinin 05 iyul 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X6 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X15 Xidmətinin X21 Şöbəsinin 28 iyun 2022-ci il tarixili MN ******* nömrəli protokolu əsasında çıxarılmış Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsilə təqsirli bilinərək barəsində 4000 manat inzibati cərimə cəzası təyin edilmiş, MN ******* nömrəli, 05 iyul 2022-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. X1 məhkəmə iclasında izahat verərərək göstərmişdir ki, X15 Xidmətinin X21 Şöbəsinin rəisi Elçin Əliyev tərəfındən qəbul olunmuş qərara əsasən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsilə təqsirli bilinməsinə dair, 4000 manat inzibati cərimə cəzası təyin edilmiş, MN ******* nömrəli, 05 iyul 2022-ci il tarixli qərar çıxarmışdır. Göyçay şəhəri, Natəvan küçəsində yerləşən “Əmioğlu” adlı çay evini işlədir. Bir neçə aydır ki, müştərilərə normal xidmət göstərilməsi üçün elan versə də, bu günə qədər kafedə müddətli əmək müqaviləsi əsasında hər hansı işçi işə cəlb edə bilməmişdir. Səbəb bu olub ki, işçiləri gəldiyi anda ya iş şəraiti və ya əmək haqqı onları qane etmədiklərinə görə demək olar ki, natamam iş günündə çay evini tərk edib getmiş olublar. Odur ki, məcburiyyət qarşısında əksər vaxtlarda müştərilərə özü xidmət göstərmiş, bəzi vaxtlarda isə yaxın qohumlarının bir neçə saatlıq köməyindən faydalanmışdır. Göstərdiyi xüsusatları onunla qısa müddətdə işləyən (köməklik göstərən) yaxın qohumları təsdiq edə bilər. Hətta işlədiyi çay evinin sanitar işlərini də özü görür. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X15 Xidmətinin X21 Şöbəsi tərəfindən onun ünvanına göndərilmiş bildirişlər qanunla müəyyən olunmuş vaxta almamış və buna görə də 05 iyul 2022-ci il tarixli barəsində inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsində iştirak edə bilməmişdir. Məhkəmədən şikayətinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin X21 Şöbəsinin nümayəndəsi X8 izahat verərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Göyçay rayon Polis Şöbəsi X15 Xidmətinin X21 Şöbəsinə müraciət edərək Göyçay rayonu Potu kənd sakini X7 barəsində toplanmış material üzrə sonuncunun Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Daxil olmuş material üzrə ərazi şöbəsinin əməkdaşları tərəfindən araşıdırlma aparılmış, Tərlan Qafarova qanunla müəyyən olunmuş qaydada bildiriş göndərilərək əməlində inzibati xətanın olub-olmamasının araşdırılması üçün xx.xx.2022-ci il tarixdə saat 10:00-da X15 Xidmətinin X4ması, eləcə də onda olan sübutların təqdim olunması xahiş olunmuşdur. Qeyd edilən tarixdə X2 Aran Regional Şöbəsinə gəlmədiyindən onun iştirakı olmadan barəsində Azərbaycan Respublikası İXMnin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və tərtib edilmiş protokol sonuncuya poçt vasitəsi ilə göndərilmişdir. Bundan sonra poçt vasitəsi ilə Tərlan Qafarova xx.xx.2022-ci il tarixli bildiriş göndərilərək, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola xx.xx.2022-ci il tarixdə saat 11:00-da X15 Xidmətinin Mərkəzi Aran X18 şəhəri, H.Əliyev prospekti 6 saylı ünvanda yerləşən inzibati binasında baxılacağı barədə xəbərdarlıq edilmişdir. Lakın buna baxmayaraq, Tərlan Qafarov təyin edilən saatda deyil, bundan bir neçə saat sonra regional şöbəyə gəlmiş, sonuncuya artıq barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola baxıldığını və Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 4000 manat inzibati cərimə edilməsi barədə qərar qəbul edildiyi bildirilmişdir. Hesab edir ki, Tərlan Qafaronun şikayətində göstərdiyi dəlillər qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas ola bilməz. Odur ki, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayətçinin və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin X21 Şöbəsinin nümayəndəsinin izahatlarını dinləyib, təqdim edilmiş sənədləri araşdıraraq hesab edir ki, yuxarıda qeyd olunan qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Göyçay rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Göyçay rayonu ərazisində “xüsusi karantin rejimi” qaydalarına əməl olunub-olunmaması ilə əlaqədar reyd aparılmış, reyd zamanı Tərlan Qafarovun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu “Əmioğlu” çay evində işçilərdən Seymur Mollayevin 3-cü doza vaksin olunmadığı, eləcə də sonuncunun və X11 əmək müqaviləsi olmadan həmin çay evində işlədiyi müəyyən edilmişdir. Bundan sonra polis şöbəsində Tərlan Qafarovun, Seymur Mollayevin, Tofiq Həsənovun izahatları alınmış və toplanmış material aidiyyəti üzrə inzibati tədbir görülməsi üçün X15 Xidmətinin X21 Şöbəsinə göndərilmişdir. X15 Xidmətinin X21 Şöbəsi daxil olmuş material üzrə araşdırma aparılması məqsədi ilə Tərlan Qafarova bildiriş göndərmiş, xx.xx.2022-ci il tarixdə sonuncunun iştirakı olmadan barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan sonra X15 Xidmətinin Mərkəzi Aran X19 Qafarova bildiriş göndərərək, barəsində tərtib edilmiş inzibati xəta haqqənda protokola xx.xx.2022-ci il tarixdə baxılacağı barədə xəbərdarlıq edilmişdir. X15 Xidmətinin X21 Şöbəsinin rəisi Elçin Əliyev tərəfindən xx.xx.2022-ci il tarixdə Tərlan Qafarov barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola baxılmış və sonuncunun 4000 manat inzibati cərimə edilməsi barədə qərar qəbul edilmişdir. Tərlan Qafarovun şikayətinin əsas dəlilləri X15 Xidmətinin X21 Şöbəsinin əməkdaşları tərəfindən istər barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən, istərsə də inzibati tənbeh edilməsi barədə qərar qəbul edərkən qanunla müəyyən olunmuş qaydada işə baxılmasının yeri və vaxtı barədə bildirişlərin ona vaxtında çatdırılmaması olmuş və iştirakı olmadan barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, eləcə də barəsində inzibati cərimə edilməsi barədə qərar qəbul edilmişdir. Bununla da X15 Xidmətinin X21 Şöbəsinin əməkdaşları tərəfindən onun müdafiə hüquqları pozulmuş, barəsində aparılan inzibati icraat zamanı müdafiəsini qurmaq üçün ona imkan yaradılmamışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 60.1-ci maddəsinə əsasən hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. İXM-nin 57-ci maddəsinin İ və İİ hissəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Sözügedən Məcəllənin 60.4-cü maddəsinə əsasən bildiriş bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş qaydada göndərildikdən sonra inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bildirişin məzmununun ötürülməsini təmin etməklə internet, telefon və ya digər rabitə vasitələri ilə də əlavə məlumat verilir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Bundan əlavə, Azərbaycan Respublikası İXM-nin 61.1, 61.1.1, 61.1.2, 61.1.3, 61.1.4 və 61.1.5-ci maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək və işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüquqları var. İXM-nin 100-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Bu sahəni tənzimləyən müvafiq normativ hüquqi aktların tələblərindən də göründüyü kimi səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. İnzibati xətalar haqqında işlər üzrə sənədlərin (qərarların, qərardadların, protokolların, bildirişlərin) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən rəsmi qaydada verilməsi qaydası və üsulu isə qeyd edildiyi kimi İXM-nin 57-ci maddəsində müəyyən edilmişdir. İnzibati xətalar haqqında işlər üzrə sənədlər inzibati xətalar qanunvericiliyində nəzərdə tutulmuş qaydada göndərildikdən sonra inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bildirişin məzmununun ötürülməsini təmin etməklə internet, telefon və ya digər rabitə vasitələri ilə də əlavə məlumat verilir. Çünki, bununla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək və işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüquqlarından isitifadə etmək imkanı təmin edilir. Əks yanaşma isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin çatımlılıq hüququnun pozulmasına, sonuncunun barəsində aparılan inzibati araşdırmadan, onun gedişatından xəbərsiz olmasına, bununla da, işin ədalətli, hərtərəfli, tam və obyektiv araşdırılmasına əngəl yaranmasına şərait yaradır. İş materillarından görünüdüyü kimi. X15 Xidmətinin X21 Şöbəsi tərəfindən X10 barəsində başlanmış inzibati icraat zamanı ona göndərilmiş bildirişlər qanunla müəyyən olunmuş qaydada sonuncuya çatdırılmamış, yəni başqa sözlə desək bildirişlərin ona təqdim edilməsini təsdiq edən qəbz və ya sənədin kötüyü X15 Xidmətinin X21 Şöbəsi tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bununla da Tərlan Qafarov, barəsində başlanmış inzibati icraat zamanı nə də təqsirli bildindiyini bilməmiş, müdafiə hüququ pozulmuşdur. Sözügedən Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə iş materiallarını araşdırıb təqdim edilmiş sübutlara əsaslanaraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X15 Xidmətinin X21 Şöbəsinin rəisi X20 tərəfindən qəbul olunmuş inzibati tənbeh vermə haqqında 05 iyul 2022-ci il tarixli, MN seriyalı ******* saylı qərar ləğv edilməli və iş yenidən baxılması üçün səlahiyyətli orqana (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X15 Xidmətinin X21 Şöbəsininə) göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X15 Xidmətinin X21 Şöbəsinin rəisi X20 tərəfindən qəbul olunmuş inzibati tənbeh vermə haqqında 05 iyul 2022-ci il tarixli, MN seriyalı ******* saylı qərar ləğv edilsin və iş yenidən baxılması üçün səlahiyyətli orqana (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X15 Xidmətinin X21 Şöbəsininə) göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar