Məhkəmə qərarları › İş №3(046)-414/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-414/2024

22.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-414/2024 22.05.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, barəsində inzibati xəta protokolu tərtib edilmiş Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Göyçay rayonu 1-ci Ərəb kəndində anadan olmuş Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Göyçay rayonu 1-ci Ərəbcəbirli yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Göyçay rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Göyçay şəhərində acıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Şəxs barəsində Göyçay rayon İcra və Probasiya Şöbəsininin icra məmuru X1 tərəfindən xx.xx.2024-cü il tarixdə inzibati xəta protokolu tərtib edilmişdir ondan ötrü ki, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra məmurunun çağırışlarına gəlməmiş, Göyçay Rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli icra vərəqəsi üzrə tələbkar Zərərçəkmiş şəxs 1050 manat məbləğində aliment borcunu üzürsüz səbəbdən ödəməmişdir. Məhkəmə baxışı zamanı inzibati xəta törətmiş şəxs Şəxs göstərmişdir ki, iki uşağın saxlanmaları üçün tələbkar Zərərçəkmiş şəxs xeyrinə hər ay hər uşağa görə 125 manat olmaqla cəmi 250 manat alimentin ondan tutulması barədə Göyçay Rayon Məhkəməsi tərəfindən qətnamə qəbul edilmişdir. Hazırda imkanı olmadığından borcunu ödəyə bilmir. Zərərçəkmiş şəxs izahat verərək göstərmişdir ki, Şəxs borclu olduğu alimenti vaxtında ödəmir. Övladımın səhhəti ilə əlaqədar pula ehtiyacı olduğundan borcunu tam şəkildə tələb edir. Ödəmədiyi təqdirdə Şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Göyçay Rayon Məhkəməsinin 2(046)-1015/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsini üzürsüz səbəbdən icra etməməklə Azərbaycan Respublikası İnzibati Xətaları Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetir. Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən törətdiyi xətanın xarakterini, törədilmə şəraitini, heç bir üzrlü səbəb olmadan tələbkara aliment borcunu ödəməkdən yayındığını, həmçinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona inzibati həbs tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona 15 gün müddətinə inzibati həbs tənbeh növü təyin edilsin. İnzibati həbsin əvvəli xx.xx.2024-cü il tarixdən saat 15:35-dən hesablansın. Qərarın icrası Göyçay rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar