Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-417/2020 13.11.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Vəliyev Vüsal Rasim oğlunun katibliyi, Göyçay Rayon Prokurorunun böyük köməkçisi vəzifəsini icra edən X3, barəsində inzibati xəta törətmiş şəxs Şəxs və zərərçəkmiş şəxs X2 iştirakı ilə, xx.xx.1973-cü il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay şəhəri R.İsayev küçəsi 109 saylı evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Göyçay rayon Prokuroluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında qərara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Göyçay Rayon Prokurorluğunun xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında qərardan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 22 radələrində qızı Hicran Osmanlıya xəsarət yetirərək zor tətbiq etməklə ünvan 1 saylı ünvanda yerləşən evdə yaşayanların iradəsi ziddinə evə daxil olduqdan, onun evə daxil olmasını əngəlləyən məhdudiyyətləri aşdıqdan və evə qanunsuz daxil olma prosesi başa çatdıqdan sonra, evin giriş qapısından içəridə, keçmiş həyat yoldaşı X1 qolundan yumruqla, həmçinin təpiklə Günayın hər iki ayaqlarından vuraraq, ona sağ bazunun orta 1/3-nin yan səthində, sağ qalça tini nahiyəsində, sağ baldırın yuxarı 1/3-nin bayır səthində və sol ayağın İİ barmağın orta falanqasında qançırları kimi sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs izahat verərək törətdiyi əməli etiraf edərək göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 22 radələrində Günay ilə birgə nikahdan anadan olmuş uşaqlarını görmək üçün və alimenti Günaya ödəmək üçün sərxoş vəziyyətdə Günayın yaşadığı evə gəlmiş, qapının bağlı olduğunu görmüş, qapının şüşəsini qıraraq Günaya xəsarət yetirmişdir. Daha sonra törətdiyi əməldən peşman olmuş və Günayı xəstəxanaya aparmışdır. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxs X4 izahat verərək göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 22 radələrində uşaqları ilə birlikdə özünə məxsus yaşadığı evə gəlmiş, evin giriş qapısını açmaq istəmiş, bu vaxt Samirin evə daxil olmasının qarşısını almaq məqsədi ilə qapını yetkinlik yaşına çatmayan qızı Hicran ilə birlikdə tutmuşdur. Şəxs şüşəni sındıraraq sınmış şüşə parçası ilə qızına xəsarət yetirmişdir. Şəxs mənzilə daxil olduqdan sonra isə onu döymüşdür. Buna görə də Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Göyçay Rayon Prokurorunun böyük köməkçisi vəzifəsini icra edən X5 inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi əmələ qiymət verilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəməyə təqdim edilmiş Göyçay Rayon Prokurorluğunun xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş xx.xx.2020-ci il tarixli 281 saylı sərxoşluq dərəcəsini təyin edən tibbi müayinə protokolundan görünür ki, Şəxs hadisə zamanı orta dərəcəli sərxoş vəziyyətdə olmuşdur. İnzibati xəta haqqında materiala əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 418 saylı rəyindən görünür ki, X4 bədənində sağ bazunun orta 1/3nin yan səthində, sağ qalça tini nahiyyəsində, sağ baldırın yuxarı 1/3-nin bayır səthində və sol ayağın İİ barmağın orta falanqasında qançırlar küt-bərk əşyanın (əşyaların) təsirindən törədilməsi aşkar edilmiş, qeyd edilmiş xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlərdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 157-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması "inzibati xəta haqqında iş üzrə icraatın başlanması” haqqında qərardan, qərarda göstərilən ekspert rəyi ilə sübuta yetmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə ona inzibati qaydada tənbeh təyin edilməlidir. Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən, törətdiyi əməlin xarakterini, törədilmə şəraitini, şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halın olmadığını, inzibati xətanı sərxoş vəziyyətdə törətdiyini məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati qaydada həbs tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib, ona 01 ay müddətinə inzibati həbs tənbeh növü təyin edilsin. Həbsin əvvəli xx.xx.2020-ci il tarixdən saat 10:00-dan hesablansın. Qərarın icrası Göyçay rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-417/2020
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-417/2020
13.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver