Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-417/2023 13.07.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay rayon Məhkəməsinin hakimi X3 xx.xx.1994-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, orta təhsilli, Sumqayıt şəhəri, K.Kotec qəsəbəsi, məhəllə 14, ev 138-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Şəxs 23 iyun 2023-cü il tarixdə saat 09 radələrində etibarnamə ilə idarə etdiyi «Kia Rio» markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Göyçay rayonu, Ləkçıplaq kənd ərazisində asfalt-beton örtüklü yolla hərəkətdə olarkən sahibi yanında olmaqla keçmək istəyən iki baş xırdabuynuzlu qoyun heyvanını vuraraq zərərçəkmiş şəxs X4 maddi zərər vurmuşdur. İnzibati xəta hadisəsinin olması 23 iyun 2023-cü il tarixli inzibati xəta haqqında protokolla, yol hadisəsinin sxemi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsin izahatı ilə, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 23 iyun 2023-cü il tarixdə saat 09 radələrində etibarnamə ilə idarə etdiyi «Kia Rio» markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Göyçay rayonu, Ləkçıplaq kənd ərazisində hərəkətdə olarkən asfalt-beton örtüklü yolu keçmək istəyən yarı sürü halında iki baş qoyun heyvanı qəflətən qarşısına çıxdığı üçün onları vurmuşdur. Qeyd etmək istəyir ki, baş vermiş hadisə yerində heyvandarlıqla bağlı heç bir yol nişanı olmamışdır. İnzibati xəta haqqında protokola əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Kia Rio» markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 məxsusdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş yol-nəqliyyat sxemindən görünür ki, «Kia Rio» markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobil Göyçay rayonu, Ləkçıplaq kənd ərazisində yol-nəqliyyat hadisəsi törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4 - 338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-xətanı törətmiş şəxs səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati tənbeh tətbiq edərkən xətanın yol hərəkəti qaydaları əleyhinə olması barədə xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun əmlak vəziyyətinin qənaətbəxş olması nəzərə alınır. Bundan başqa iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmaması da nəzərə alınır. Qeyd olunanları nəzərə alıb, hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən məbləğdə inzibati cərimə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutub, qərara aldım: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinərək 80 manat cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №3(046)-417/2023
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-417/2023
13.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver