Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-419/2020 02.12.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmi Yaşar qızının katibliyi, X1nun iştirakı ilə, DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovniki X7 tərəfindən xx.xx.2020-ci il tarixdə qəbul edilmiş qərardan verilmiş şikayətə Göyçay şəhərində xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində 50 manat inzibatı cərimə edilməsinə dair xx xxxxxxxx 2020-ci il tarixdə İnzibati tənbeh vermə haqqında EQ ******* saylı Elektron Qərar ləğv edilərək, inzibati xəta haqqında işə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X1 şikayətini belə əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə saat 10:10-da özünə məxsus MERCEDES BENZ C 180 minik markalı **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı-Ələt yolunun Bakı istiqamətinin 49-cu km-də yolda müəyyən edilmiş hərəkət sürətini 23 km/saat həddində aşdığına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulmuş 50 manat məbləğində cərimə olunmağı barədə EQ ******* saylı İnzibati tənbeh vermə haqqında Elektron Qərar qəbul edilmişdir. X8 DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovniki X4 tərəfindən imzalanmışdır. Həmin EQ ******* saylı İnzibati tənbeh vermə haqqında Elektron Qərar rəsmi olaraq poçt vasitəsi ilə xx xxxxxx 2020-ci il tarixdə təqdim edilmişdir. xx.xx.2020-ci il tarixdə mən Bakı-Ələt yolunun Bakı istiqamətinin təxminən 49-cu km-də hərəkətdə olarkən yolda müəyyən edilmiş hərəkət surəti 90 km/saat sürəti göstərən yol nişanı vardır. Həmin 90 km/saat sürəti göstərən yol nişanının maksimum surətini məhdudlaşdırıldığı zonanın qurtaracağı barədə yol nişanı olmadığından mən 90 km/saat sürəti ilə hərəkətdə olarkən yolda sürət həddinin 70 km/saat olduğu nişanı qoyulmuşdur. Yolda 70 km/saat sürəti yol nişanın gördükdə sürəti 70 km/saat sürət həddinə salmışdır. Yolda yerləşdirilən 70 km/saat sürətini göstərən yol nişanından bir neçə metr aralıda isə SmartRadar qurğusu quraşdırılmışdır. Tərtib edilmiş Elektron Qərardan məlum deyil ki, yolda quraşdırılmış SmartRadar qurğusu özünə məxsus MERCEDES BENZ C 180 minik markalı ** ME *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı-Ələt yolunun Bakı istiqamətinin 49-cu km-nin hansı hissəsində, yəni SmartRadar avtomobilini neçə metr məsafədən sürət həddini ölçüb. Yolda hərəkətdə olarkən sürət həddi 90 km/saatdır. Göründüyü kimi xəbərdarlıq nişanlarını hərəkətin icazə verilmiş sürətindən, görünmə şəraitindən və onların yerləşdirilməsi imkanından asılı olaraq yaşayış məntəqələrindən kənarda, təhlükəli sahələrin başlanğıcından 150-300 metr, yaşayış məntəqələrində isə 50-100 metr aralıda quraşdırırlar. Hərəkətdə olduğu ərazi, yəni Bakı-Ələt yolunun Bakı istiqamətinin 49-cu km hissəsi yaşayış məntəqəsindən kənardadır və həmin yolda maksimum surətin, yəni 90 km/saat sürətin məhdudlaşdırıldığı zonanın qurtaracağında 3.25 lövhəciyi quraşdırılmamış, sürət birbaşa 70 km/saat sürət həddinə düşməsi barədə lövhəcik quraşdırılıb. Bu da surəti 90 km/saatdan qəfil 70 km/saat həddinə salmaq imkanını məhdudlaşdırmışdır. Buna görə də qərarın ləğv edilməsin xahiş etmişdir. İş üzrə məhkəmə baxışının vaxtı və yeri barədə qanunda nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası DİN BDYPİ-nə məlumat verilmiş, idarənin nümayəndəsi məhkəmə baxışında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası DİN BDYPİ-nin nümayəndəsi iştiraki olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2020-cu il tarixli EQ ******* saylı inzibati tənbeh vermə qərarından görünür ki, X3 xx.xx.2020-ci il tarixdə Bakı-Ələt yolunun 49.2 km-də yolda müəyyən edilmiş sürət həddini 23km/saat həddində aşdığına görə Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsi ilə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və 50 manat məbləğində inzibati qaydada cərimə edilməsi barədə qərar qəbul edilmişdir. Qeyd edilən inzibati xəta pozuntusu SmartRadar texniki vasitəsi ilə qeydə alınmışdır. Məhkəmə baxışı zamanı X2 xx.xx.2020-ci il tarixdə barəsində 50 manat məbləğində cərimə edildiyi barədə qərar qəbul edildiyi ərazidə, yəni Bakı-Ələt yolunun Bakı istiqamətinin 49-cu km hissəsində surət həddi 90 km/saat olduğunu təsdiq edən heç bir sübut müəyyən edilməmişdir. Təqdim edilmiş sübutları araşdıran məhkəmə hesab edir ki, X6 oğlunun barəsində tərtib edilmiş xx.xx.2020-cü tarixli 50 manat məbləğində inzibati qaydada cərimə edilməsinə dair qərarın ləğv edilməsi barədə tələbi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmaması, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Belə olan halda tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, X2 DİN BDYPİ-nin xx.xx.2020-cu il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə qərarı ilə razılaşmadığı barədə göstərdikləri xüsusatlar onun barəsində qəbul edilmiş qərarın ləğvi üçün əsas ola bilməz. Buna görə də X2 şikayəti əsassızdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130, 131- 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X2 DİN BDYPİ-nin baş inspektoru X4 tərəfindən xx.xx.2020-cu il tarixli İXM-nin 328.2-ci maddəsi ilə 50 manat inzibati qaydada cərimə edilməsi barədə qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-419/2020
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-419/2020
02.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver