Məhkəmə qərarları › İş №3(046)-42/2023

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-42/2023

12.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-42/2023 12.01.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Göyçay rayon məhkəməsinin hakimi Fəttahov İbrahim Bağır sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Mərkəzi Aran Regional şöbəsinin nümayəndəsi X1 iştirakı ilə, «Meyvəçilik və X9 X8 Məntəqəsi» barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Mərkəzi Aran Regional şöbəsinin baş əmək müfəttişi X2 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X4 və X5 hər hansı işlərin yerinə yetirilməsinə cəlb edildiyindən, Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbi pozulduğuna görə « Meyvəçilik və X9 X6 Məntəqəsi» barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. Göyçay rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(046)-643/2022 saylı qərarına əsasən "Meyvəçilik və X9 X8 Məntəqəsi" barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta protokolu üzrə icraata xitam verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən Məmməd Bayramov tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Göyçay Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 3(046)-643/2022 nömrəli qərarı ləğv edilmiş və inzibati xəta haqqında qərar və materiallar üzrə olan inzibati xəta haqqında iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Göyçay Rayon Məhkəməsinə qaytarılmışdır. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verən məhkəmə hesab edir ki, Meyvəçilik və X9 X8 Məntəqəsi» barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə xx.xx.2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göründüyü kimi inzibati xəta haqqında protokolun tərtib edilmə tarixdən yəni xx.xx.2022-ci il tarixdən üç ay müddət keçmişdir. Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İXM-nin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda iş üzrə icraata xitam verilir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Meyvəçilik və X9 X8 Məntəqəsi» barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə xx.xx.2022ci il tarixli inzibati xəta haqqında protokol üzrə icraat materialına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 128-130, 131-134-137-ci qəraraaldı: Meyvəçilik və X9 X8 Məntəqəsi» barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli protokol üzrə icraat materialına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim İ.B.Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar