Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-420/2020 02.12.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, X1nun iştirakı ilə, DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovniki X3 tərəfindən xx.xx.2020-ci il tarixdə qəbul edilmiş qərardan verilmiş şikayətə Göyçay şəhərində xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində 60 manat inzibatı cərimə edilməsinə dair xx.xx.2020-ci il tarixdə İnzibati tənbeh vermə haqqında EQ ******* saylı Elektron Qərarin ləğv edilərək, inzibati xəta haqqında işə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X1 şikayətini belə əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə saat 15:20-də özünə məxsus MERCEDES BENZ C 180 minik markalı **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə H.Z.Tağıyev yeni yolunun Bakı istiqamətinin 12-ci km-də yolda hərəkətdə olarkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş 60 manat məbləğində cərimə olunmağı barədə EQ ******* saylı İnzibati tənbeh vermə haqqında Elektron Qərar qəbul edilmişdir. X8 DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovniki X3 tərəfindən imzalanmışdır. Həmin EQ ******* saylı İnzibati tənbeh vermə haqqında Elektron Qərar rəsmi olaraq poçt vasitəsi ilə xx xxxxxx 2020-ci il tarixdə təqdim edilmişdir. xx.xx.2020-ci il tarixdə saat 15:20-də özünə məxsus MERCEDES BENZ C 180 minik markalı ** ME *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Qaradağ rayonunun Qızıldaş qəsəbəsindən Bakı şəhəri istiqamətinə hərəkətdə olarkən H.Z.Tağıyev yeni yolunun Bakı istiqamətinin 12-ci km-də yolda ötmə yol nişanı olduğunu və yolu iki hissəyə ayıran yol xəttinin qırıq-qırıq olduğunu görərək, qarşıda hərəkətdə olan içi mişar daşı ilə dolu KAMAZ markalı yük maşını yolda sürət həddi 90 km/saat sürəti olsa da çox aşağı sürətlə (təxminən 20 km/saat sürəti ilə) hərəkət etmişdir. Yoldakı maksimum sürət hədinin imkan verdiyindən qarşı tərəfdən heç bir nəqliyyat vasitəsinin gəlmədiyinə tam əmin olduqdan sonra həmin KAMAZ markalı yük maşınını ötmüşdür. Lakin ötmə vəziyyətində olarkən yolun qırıq-qırıq xətti düz xətt oldu və ötməni demək olar ki, başa vuran anında yolun sağ istiqamətində yol kənarında Azərbaycan Respublikasında yol nişanları haqqında qaydalarda nəzərdə tutulmuş ötmə qadağandır 3.20 lövhəciyi asılmışdır. Lakin barəsində tərtib olunmuş EQ ******* saylı İnzibati tənbeh vermə haqqında Elektron Qərarda qeyd edilir ki, inzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitənin məlumatına əsasən müəyyən edilir. Barəsində tərtib olunmuş EQ ******* saylı İnzibati tənbeh vermə haqqında Elektron Qərara əlavə edilmiş hər üç foto görüntüdən də aydın görünür ki, (foto görüntülərin biri maşınının dövlət qeydiyyat nişanıdır) yolda KAMAZ yük maşınını ötməyi arxa plandan çəkilib və hər iki görüntüdə birində ötməni yük maşınını ötərkən, digər fotoda isə başa vurduğu andır. Lakin fotoların heç birində yolda hərəkətdə olan yük maşınını ötməyə başladığı an göstərilməmişdir. Buna görə də qərarın ləğv edilməsin xahiş etmişdir. İş üzrə məhkəmə baxışının vaxtı və yeri barədə qanunda nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası DİN BDYPİ-nə məlumat verilmiş, idarənin nümayəndəsi məhkəmə baxışında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası DİN BDYPİ-nin nümayəndəsi iştiraki olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2020-cu il tarixli EQ ******* saylı inzibati tənbeh vermə qərarından görünür ki, X4 xx.xx.2020-ci il tarixdə H.Z.Tağıyev yeni yolunun 12 km-də manevr qaydasını pozduğuna görə barəsində Azərbaycan Respiblikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və 60 manat məbləğində inzibati qaydada cərimə edilməsi barədə qərar qəbul edilmişdir. Qeyd edilən inzibati xəta pozuntusu SmartRadar texniki vasitəsi ilə qeydə alınmışdır. Məhkəmə baxışı zamanı X2 xx.xx.2020-ci il tarixdə yəni barəsində 60 manat məbləğində cərimə edildiyi barədə qərarın ləğv edilməsinə əsas verə bilən heç bir sübut müəyyən edilməmişdir. Təqdim edilmiş sübutları araşdıran məhkəmə hesab edir ki, X6 oğlunun barəsində tərtib edilmiş xx.xx.2020-cü tarixli 60 manat məbləğində inzibati qaydada cərimə edilməsinə dair qərarın ləğv edilməsi barədə tələbi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmaması, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Belə olan halda tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, X2 DİN BDYPİ-nin xx.xx.2020-cu il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə qərarı ilə razılaşmadığı barədə göstərdikləri xüsusatlar onun barəsində qəbul edilmiş qərarın ləğvi üçün əsas ola bilməz. Buna görə də X2 şikayəti əsassızdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130, 131- 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X2 DİN BDYPİ-nin baş inspektoru X3 tərəfindən xx.xx.2020-cu il tarixli İXM-nin 327.2-ci maddəsi ilə 60 manat inzibati qaydada cərimə edilməsi barədə qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov.
Məhkəmə qərarları › İş №3(046)-420/2020
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-420/2020
02.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver