Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-421/2020 04.12.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi ilə, Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə Azərbaycan Respublikası DİN Bakı şəhəri BPİ-nin DYPİ-dən daxil olmuş inzibati xəta protokolu üzrə materiala baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Azəbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə xx xxxxxxx 2020-ci il tarixli, İXP3569689 nömrəli inzibati xəta protokolu tərtib edilərək baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir ona görə ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsi ilə tərtib edilmiş xx xxx 2020-ci il tarixli, İXP32722419 nömrəli inzibati xəta haqqında qərara əsasən 40 (qırx) manat inzibati qaydada cərimə edilmiş, qəbul edilmiş inzibati xəta haqqında qərar qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddət keçməsinə baxmayaraq, Şəxs cəriməni ödəməmişdir. İş üzrə inzibati xəta törətmiş şəxs Şəxs məhkəməyə müraciət edərək göstərmişdir ki, barəsində Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsi ilə tərtib edilmiş, xx xxx 2020-ci il tarixli, İXP32722419 nömrəli inzibati xəta protokolu üzrə ona təyin edilmiş cəriməni və hesablanmış dəbbə pulunu tam olaraq ödəmişdir. Məhkəməyə təqdim edilmiş qəbzindən görünür ki, Şəxs xx xxx 2020-ci il tarixli, İXP32722419 nömrəli inzibati xəta haqqında qərar üzrə təyin edilmiş cəriməni və dəbbə pulunu tam olaraq ödəmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs cəriməni və dəbbə pulunu ödədiyini nəzərə alaraq, Azərbaycan Respublikası DİN Bakı şəhəri BPİ-nin DYPİ tərəfindən Şəxs barəsində 529.3-cü maddəsi ilə tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli, İXP3569689 nömrəli inzibati xəta protokolu üzrə icraata xitam verilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsinin Qeyd: hissəsinə əsasən 1. Bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Qanunun mənasından göründüyü kimi Şəxs barəsində olan inzibati xəta materialı üzrə icraata xitam verilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 43, 114, 115, 128, 129, 152 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsi ilə tərtib edilmiş xx xxx 2020-ci il tarixli, İXP32722419 nömrəli inzibati xəta haqqında elektron qərar üzrə inzibati cəriməni və hesablanmış dəbbə pulunu ödədiyindən, Azərbaycan Respublikası DİN Bakı şəhəri BPİ-nin DYPİ tərəfindən Şəxs barəsində 529.3-cü maddəsi ilə tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli, İXP3569689 nömrəli inzibati xəta protokolu üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Göyçay rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-421/2020
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-421/2020
04.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver