Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-423/2020 25.11.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Vəliyev Vüsal Rasim oğlunun katibliyi, müdafiəçi X4 və inzibati xəta törətmiş Şəxs iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Göyçay rayonunun Ulaşlı-Şıxlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonunun Ulaşlı-Şıxlı kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində xx xxxxxx 2020-ci il tarixdə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilərək, baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir, ona görə ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 20:40 radələrində Göyçay şəhəri Nizami küçəsində idarə etdiyi VAZ 2106 markalı **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən, Şəxs manevr qadasını pozduğuna görə YPX-nin inspektoru tərəfindən saxlanılmış, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ və etibarnamə olmadan idarə etdiyi məlum olmuş, Şəxs nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılması barədə xidmətdə olan polis əməkdaşının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmədə inzibati xəta törətmiş Şəxs göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 20:40 radələrində Göyçay şəhəri Nizami küçəsində idarə etdiyi VAZ 2106 markalı **-BC- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman, YPX əməkdaşı avtomobili saxlatmış, ondan sənədləri təqdim etməyi tələb etmiş, nəqliyyat vasitəsini yeni aldığından avtomobilə dair heç bir sənəd olmadığını bildirmiş, bu zaman telefonla avtomobilin sənədlərini gətirilməsi üçün avtomobilin əvvəlki sahibinə zəng edərək sənədləri gətirməsini xahiş etmişdir. Daha sonra YPX əməkdaşı avtomobili mühafizə olunan duracağa aparılacağını bildirmiş, sənədləri gətirəcəyindən avtomobili mühafizə olunan duracağa aparılmasına etiraz etmişdir. Bu zaman PPX əməkdaşları həmin yerə gəlmiş və PPX avtomobili ilə onu polis şöbəsinə aparmışlar. Törətdiyi əməldən peşmandır. Məhkəmədə şahid qismində izahat verən Göyçay RPŞ-nin DYPB-nin YPX-nin inspektoru X3 göstərmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 20:40 radələrində Göyçay şəhəri Nizami küçəsində idarə etdiyi VAZ 2106 markalı **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən, Şəxs manevr qadasını pozduğuna görə onun tərəfindən saxlanılmış, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ və etibarnamə olmadan idarə etdiyi məlum olmuş, Şəxs nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılmasına dair onun qanuni tələblərinə tabe olmamışdır. Bu zaman ətrafdan keçən şəxslər hadisə yerinə yığılmışlar. Şəxs tabelçilik göstərməyərək qanuna zidd hərəkətlərinin qarşısını almaq üçün Şəxs PPX avtomobili ilə polis şöbəsinə gətirmiş, barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədə şahid qismində izahat verən X7 şahid X2 göstərdiyi xüsusatlarla eyni məzmunlu izahat vermişdir. Məhkəməyə təqdim edilmiş inzibati qaydada tutma haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 21:40-da inzibati qaydada tutulmuşdur. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 20:40 radələrində Göyçay şəhərinin Nizami küçəsində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamaqla Azərbaycan Respublikası İXMnin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası İXM-nin 535.1.-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən şəxsiyyətini, törətdiyi əməlin xarakterini, törədilmə şəraitini, məsuliyyətini ağırlaşdıran eləcə də məsuliyyətini yüngülləşdirən halın olmadığını nəzərə alaraq ona Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növü təyin edilməsini məqsədə müvafiq hesab edir. X1 iş materialları ilə tanış olmaqla və məhkəmə iclasında iştirak etməklə cəmi 01 (bir) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, ona 150 manat cərimə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Şəxs yaşadığı ərazi üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. 01 saat hüquqi yardıma görə vəkil X6 hesablanmış 06 manat məbləğində pul vəkil X4 hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apelyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-423/2020
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-423/2020
25.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver