Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-423/2023 24.07.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay Rayon Məhkəməsinin hakimi X3, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1979-cu ildə Göyçay rayonu, 1-ci Ərəbcəbirli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Göyçay rayonu, 1-ci Ərəbcəbirli kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Şəxs xx.xx.2023-cü il tarixdə saat 20 radələrində yaşadıqları Göyçay rayonu, 1-ci Ərəbcəbirli kəndində yerləşən fərdi yaşayış evinin həyətində arvadı Zərərçəkmiş şəxs ilə mübahisə edərək ona məxsus “Samsung Galaxy” A045 markalı mobil telefonunu qəsdən yerə vurub sındıraraq məhv etmişdir. İnzibati xəta hadisənin olması 05 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokolla, cinayət işinin başlanmasının rədd edilməsi haqqında 08 iyun 2023-cü il tarixli qərarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, ailə üzvləri ilə birlikdə Göyçay rayonu, 1-ci Ərəbcəbirli kəndində yaşayır. X5 ilə aralarında 15 ildir ki, ailə münaqişələri vardır. xx.xx.2023-cü il tarixdə, saat 21 radələrində işdən evə gəlmiş, həyətə daxil olduqda X5nın əlində mobil telefonla bir nəfər şəxslə danışdığını görmüşdür. Cəmilədən telefonda danışdığının kim olmasını soruşduqda ona yalan danışdığı üçün ondan telefonu tələb etmiş, Cəmilə Bəyaliyeva telefonu verməyəcəyini bildirdikdə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı o, mobil telefonu Cəmilənin əlindən almış və telefonu yerə vuraraq sındırmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 izahat verərək bildirdi ki, ailə üzvləri ilə birlikdə Göyçay rayonu, 1-ci Ərəbcəbirli kəndində yaşayır. Şəxs onun əridir. O, qazanc məqsədi üçün əl işləri düzəldərək “Tik-tok” sosial şəbəkəsində foto və videolar paylaşır. xx.xx.2023-cü il tarixdə, saat 21 radələrində yaşadığı evin həyətində “Tik-tok” sosial şəbəkəsində paylaşdığı foto və videoların şərhlərini oxuyan zaman əri Kənan Bəyalıyev həyətə daxil olaraq onun üzərinə getmiş, onunla mübahisə edərək əlindəki mobil telefonu almış və yerə vuraraq sındırmışdır. Hal-hazırda ona dəymiş ziyan ödənilməmişdir. Buna görə də Şəxs şikayətçidir. Onun barəsində qanuna müvafiq tədbirlər görülməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəməyə təqdim edilmiş İrşad İR MMC tərəfindən X1 verilmiş xx.xx.2023-cü il tarixli zəmanət talonundan görünür ki, Samsung A045 markal mobil telefonun dəyəri 319 manat 99 qəpik təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Qeyd: Bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Göründüyü kimi əmlakı qəsdən məhv etmə və ya zədələmə bu beş min manatdan yuxarı olmayan miqdarda ziyan vurmaqla törədildikdə İXM-nin 232-1-ci maddəsinin tərkibini yaradır. Məhv etmə əmlakın təsərrüfat dəyərinin itirilməsi , məqsədli təyinatı üzrə istifadənin mümkün olmaması, tam yararsız vəziyyətə salınması , yəni təmirlə və ya başqa üsulla bərpa etmənin mümkün olmaması deməkdir. Zədələmə isə, əmlakın vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi, istifadəyə qismən yararsız olması, yəni zədələnmiş əmlakın təmir etməklə və ya sair üsulla bərpası mümkün olur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək qeyd edirəm ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edirəm ki, inzibati xəta hadisəsi olduğundan inzibati xəta törətmiş şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinərək inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli miqdarında cərimə olunmalıdır. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati tənbeh tətbiq edərkən xətanın mülkiyyət əleyhinə olması barədə xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun əmlak vəziyyətinin qənaətbəxş olması nəzərə alınır. Bundan başqa iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmaması nəzərə alınır. Beləliklə hesab edirəm ki, inzibati xəta törətmiş şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada cərimə olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-cu maddələrini rəhbər tutub, qərara aldım: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinərək inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli - 320 (üç yüz iyirmi ) manat məbləğində cərimə olunsun. Zərərçəkmiş şəxsə izah olunsun ki, dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ vardır. Qərardan 10 gün müddətində Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №3(046)-423/2023
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-423/2023
24.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver