Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-423/2024 06.06.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta protokolu üzrə materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə 14 may 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta protokolu tərtib edilərək baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir ona görə ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsi ilə tərtib edilmiş 05 yanvar 2024-cü il tarixli, EQ 18843392 nömrəli inzibati xəta haqqında elektron qərara əsasən 50 (əlli) manat inzibati qaydada cərimə edilmiş, qəbul edilmiş inzibati xəta haqqında qərar qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddət keçməsinə baxmayaraq, Şəxs oğlu cəriməni ödəməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs oğluna və səlahiyyətli orqana (nümayəndəsinə) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, Şəxs oğlu 05 yanvar 2024-cü il tarixli, EQ 18843392 nömrəli inzibati xəta haqqında qərar üzrə təyin edilmiş cəriməni və dəbbə pulunu tam olaraq ödəmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs oğlunun cəriməni və dəbbə pulunu ödədiyini nəzərə alaraq, Göyçay rayon Polis Şöbəsi tərəfindən Şəxs oğlu barəsində 529.3-cü maddəsi ilə tərtib edilmiş 14 may 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta protokolu üzrə icraata xitam verilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsinin Qeyd: hissəsinə əsasən 1. Bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Qanunun mənasından göründüyü kimi Şəxs barəsində olan inzibati xəta materialı üzrə icraata xitam verilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 43, 114, 115, 128, 129, 152 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsi ilə tərtib edilmiş 05 yanvar 2024-cü il tarixli, EQ 18843392 nömrəli inzibati xəta haqqında qərar üzrə inzibati cəriməni və hesablanmış dəbbə pulunu ödədiyindən, Göyçay rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində 529.3-cü maddəsi ilə tərtib edilmiş 14 may 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta protokolu üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Göyçay rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: İbrahim Fəttahov İş № 3(046)-423/2024 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU 06 iyun 2024-cü il Göyçay şəhəri Göyçay Rayon Məhkəməsi Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, Şəxs oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3cü maddəsi üzrə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxılır. Sədrlik edən məhkəmə iclasını saat 11:10-da açır və baxılacaq işi elan edir. Məhkəmə iclas katibi məruzə edərək bildirir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs oğluna və səlahiyyətli orqana (nümayəndəsinə) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. Məhkəmə yerində qısa müşavirə edərək qərara aldı Proses iştirakçılarının iştirakları olmadan işə mahiyyəti üzrə baxılsın. Sədrlik edən məruzə edərək bildirir ki, barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə 14 may 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta protokolu tərtib edilərək baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir ona görə ki, Şəxs oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsi ilə tərtib edilmiş 05 yanvar 2024-cü il tarixli, EQ 18842392 nömrəli inzibati xəta haqqında qərara əsasən 50 (əlli) manat inzibati qaydada cərimə edilmiş, qəbul edilmiş inzibati xəta haqqında qərar qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddət keçməsinə baxmayaraq, Şəxs oğlu cəriməni ödəməmiş, bu səbəbdən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş məhkəmənin icraatında olan zaman Şəxs oğlu müvafiq cəriməni ödəmişdir. Məhkəmə müşavirə otağına gedir, qayıtdıqdan sonra sədrlik edən qərarı elan edir. Məhkəmə iclası saat 11:15-də bağlı elan olunur. Protokol 06 iyun 2024-cü il tarixdə tərtib olundu. Sədrlik edən: Məhkəmə iclas katibi:
Məhkəmə qərarları › İş №3(046)-423/2024
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-423/2024
06.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver