Məhkəmə qərarları › İş №3(046)-424/2025

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-424/2025

02.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-424/2025 02.07.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay Rayon Məhkəməsinin hakimi X1, xx.xx.1992-ci ildə Göyçay rayonu Qaraməryəm kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonu Qaraməryəm kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İXM-nin 329.3,339.1-1,342.5,342.9-cu maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Şəxs 11 iyun 2025-ci il tarixdə saat 21:11 radələrində Göyçay şəhərində «Vaz 21013» minik markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat nişanının görünüşünü çətinləşdirən 1 ədəd örtükdən istifadə etmişdir. İnzibati xəta hadisəsinin olması 12 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokolla, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, özünə məxsus olan «Vaz 21013» minik markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 10 iyun 2025-ci il tarixdə toy məclisində iştirak etmiş və idarə etdiyi avtomobilə qırmızı lent bağlamışdır.Toydan sonra avtomobilin digər hissələrində olan qırmızı lenti çıxartmış,lakin dövlət qeydiyyat nişanı üzərində olan lenti çıxartmağı unutmuşdur.11 iyun 2025-ci il tarixdə saat 21 radələrində yol polisi əməkdaşları idarə etdiyi avtomobili saxladıqda həmin lentin avtomobilin qeydiyyat nişanı üzərində olmasını müəyyən etmişdir.Əməlindən peşmandır. İnzibati xəta haqqında protokola əlavə edilmiş AC 592176 seriya nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Vaz 21013» minik markalı ** BM *** dövlət nömrə nişanlı avtomobil Şəxs məxsusdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş foto şəkillərdən görünür ki, Şəxs məxsus «Vaz 21013» minik markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat nişanının üzərində qırmızı rəngli örtük var. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 43.1.-ci maddəsinə əsasən Rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 189-1, 189-3.2, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 212.4-1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 266.3-1, 267, 272.1, 272.3, 272-1, 274.4, 274-1, 275.4, 275.5, 284.2, 286, 290.3, 294-5.5, 294-6, 295.6, 296.2, 300.1, 302, 304, 325.1, 326, 327.8, 327-1.2, 327-1.3, 332.4‒332.7, 333, 333-1, 334, 334-1, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 338.10, 338-1, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343.1 – 343.7, 343.9, 343-1.1 – 343-1.9, 343-1.11, 349, 351, 351-1, 361, 362-3, 363, 363-1, 363-2, 368‒379, 381.1‒381.7, 388‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394.0.8, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.1-2, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 428.12, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 454-1, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477-2.2, 479‒481, 482.1, 482-1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517-3, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 562-1, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598 , 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 602-3, 602-4, 603, 605, 606.1, 606.3, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Göründüyü kimi inzibati xətalar qanunvericiliyinə görə 329.3,339.1-1,342.5-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə məhkəmələrdə baxılması nəzərdə tutulmamışdır.Belə olan halda hesab edirəm ki,hazırki iş üzrə İXM-in 329.3,339.1- 1,342.5-ci maddələri olan inzibati xətalar haqqında işlərə məhkəmədə baxılmalı olmadığından,yalnız İXM-in 342.9-cü maddəsi ilə olan inzibati xəta haqqında işə məhkəmədə baxılmalıdır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXMnin 342.9-cu maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində «Vaz 21013» minik markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat nişanının görünüşünü çətinləşdirən 1 ədəd örtük (qırmızı lent) müsadirə edilməklə cərimə edilməlidir. Eyni zamanda Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati cərimə tətbiq edərkən xətanın yol hərəkəti qaydaları əleyhinə olması barədə xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun əmlak vəziyyətinin qənaətbəxş olması, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmaması nəzərə alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutub, qərara aldım: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İXM-nin 342.9-cu maddəsi ilə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olmuş bir ədəd örtük (qırmızı lent) müsadirə edilməklə 500 manat məbləğində cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar