Məhkəmə qərarları › İş №3(046)-425/2020

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-425/2020

25.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-425/2020 25.11.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Vəliyev Vüsal Rasim oğlunun katibliyi, müdafiəçi X3 və inzibati xəta törətmiş Şəxs iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Göyçay rayonunun Ulaşlı-Şıxlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonunun Ulaşlı-Şıxlı kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində xx xxxxxx 2020-ci il tarixdə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilərək, baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir, ona görə ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 20:40 radələrində Göyçay şəhəri Nizami küçəsində X6 nəqliyyat vasitəsini idarə etmək hüququ və etibarnamə olmadan idarə etdiyi nəqliyyat vasitəsini mühafizə olunan duracağa aparılması barədə xidmətdə olan polis əməkdaşının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmədə inzibati xəta törətmiş Şəxs göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 20:40 radələrində Göyçay şəhəri Nizami küçəsində VAZ 2106 markalı **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini mühafizə olunan duracağa aparılacağını bildirən YPX əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, onlara müqavimət göstərmişdir. Bu zaman PPX əməkdaşları həmin yerə gəlmiş və PPX avtomobili ilə onu polis şöbəsinə aparmışlar. Törətdiyi əməldən peşmandır. Məhkəmədə şahid qismində izahat verən Göyçay RPŞ-nin DYPB-nin YPX-nin inspektoru X4 göstərmişdir ki, X9 xx.xx.2020-ci il tarixdə saat 20:40 radələrində Göyçay şəhəri Nizami küçəsində idarə etdiyi VAZ 2106 markalı **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən, X9 manevr qadasını pozduğuna görə onun tərəfindən saxlanılmış, X6 nəqliyyat vasitəsini idarə etmək hüququ və etibarnamə olmadan idarə etdiyi məlum olmuş, X9 nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılması barədə onun qanuni tələblərinə tabe olmamışdır. Bu zaman Şəxs həmin avtomaşının duracağa yerləşdirilməsinə maneə olmuş onların qanuni tələblərinə tabe olmamışdır. Onların qanuna zidd hərəkətlərinin qarşısını almaq üçün PPX avtomobili ilə polis şöbəsinə gətirilmiş, barələrində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədə şahid qismində izahat verən X10 şahid X2 göstərdiyi xüsusatlarla eyni məzmunlu izahatlar vermişlər. Məhkəməyə təqdim edilmiş inzibati qaydada tutma haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, HŞəxs xx.xx.2020-ci il tarixdə saat 21:40-da inzibati qaydada tutulmuşdur. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki,Şəxs xx.xx.2020-ci il tarixdə saat 20:40 radələrində Göyçay şəhərinin Nizami küçəsində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamaqla Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası İXM-nin 535.1.-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən şəxsiyyətini, törətdiyi əməlin xarakterini, törədilmə şəraitini, məsuliyyətini ağırlaşdıran eləcə də məsuliyyətini yüngülləşdirən halın olmadığını nəzərə alaraq ona Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növü təyin edilməsini məqsədə müvafiq hesab edir. X1 iş materialları ilə tanış olmaqla və məhkəmə iclasında iştirak etməklə cəmi 01 (bir) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, ona 150 manat cərimə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Şəxs yaşadığı ərazi üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. 01 (bir) saat hüquqi yardıma görə vəkil X5 hesablanmış 06 (altı) manat məbləğində pul Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ**********6424505256 (VÖEN **********)) hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apelyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar