Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-427/2025 30.06.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədova Fidan Şöhrət qızının katibliyi ilə, X1 DİN BDYPİ-nin mərkəzi məlumat xidmətinin rəisi Elvin Abdullazadə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardan verilmiş şikayətə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində DİN BDYPİ-nin mərkəzi məlumat xidmətinin rəisi Elvin Abdullazadə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında EQ 28106263 saylı qərarın ləğv edilməsini xahiş etmişdir. X2 şikayətini belə əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə Şamaxı Rayon Polis X7 Polisi Bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 -ci maddəsi ilə EQ28106263 nömrəli inzibati protokol tərtib edilmiş və eyni tarixdə cərimə qərarı qəbul edilmişdir. Qərarda qeyd olunmuşdur ki, guya Hyundai Santafe markalı, **- HD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2025-ci il tarixdə saat 21:21 radələrində Şamaxı şəhəri, Ağsu dairəsində ylikdaşıma tələblərini pozaraq hərəkət etmişdir. Lakin bildirir ki, bu hal nə xüsusi texniki vasitələrlə, nə də foto/video qeydlərlə sənədləşdirilməmiş, yalnız Polis Şöbəsinin monitorundan məsafədən müşahidə olunaraq əldə olunan görüntüyə əsasən qeydə alınmışdır. Bu isə AR İnzibati Xətalar Məcəlləsinin 122-ci maddəsinin tələblərinə ziddir. Həmin maddəyə əsasən, inzibati xəta yalnız xüsusi texniki vasitələrlə aşkar edildikdə və bu vasitələr müvafiq mərkəzi informasiya sistemlərinə inteqrasiya olunduqda hüquqi qüvvəyə malik hesab olunur. Bu prosedur pozulmaqla tərtib olunmuş protokol hüquqi əsasdan məhrumdur. Əlavə olaraq bildirir ki, həmin tarixdə nəqliyyat vasitəmin yük yerində olan əşyalar yalnız şəxsi istifadə üçün idi. Daşınan yüklər nə təhlükəli xarakter daşıyırdı, nə də ölçülərinə və çəkisinə görə nəqliyyat vasitəsinin konstruktiv normalarını aşırdı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2009cu il tarixli 63 nömrəli qərarı ilə təsdiqlənmiş "Avtomobil yolları ilə ylikdaşıma Qaydalarf’na əsasən, ylikdaşıma tələblərinin pozulması yalnız aşağıdakı hallarda mövcuddur: Yük nəqliyyat vasitəsinin normativ ölçülərini aşırsa; Yük təhlükəli yüklər siyahısına daxildirsə və icazəsiz daşınırsa; Yük açıq şəkildə təhlükə yaradırsa və düzgün bərkidilməyibsə; Daşıma kommersiya məqsədi daşıyırsa və buna icazə verilməyibsə. Protokolda bu hallardan heç biri qeyd edilməmiş, faktiki sübut da təqdim olunmamışdır. Bundan başqa, qeyd olunan Ağsu dairəsi istiqamətində eyni mahiyyətli bir neçə cəriməyə məruz qalmışdır. Bu hal artıq sistematik xarakter daşımaqla, sürücülərə qarşı əsassız inzibati tədbirlərin tətbiq olunduğuna dair şübhələr doğurur. Əlində oxşar hallarla bağlı əvvəlki qərarların çıxarışları mövcuddur. Əlavə olaraq qeyd edir ki, bu qərardan əvvəlcə “e-gov.az” portalı vasitəsilə onlayn qaydada müvafiq orqana şikayət etmiş, lakin bu günə qədər həmin müraciətinə heç bir cavab verilməmişdir. Buna görə də qərarın ləğv edilməsin xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli EQ 28106263 saylı inzibati tənbeh vermə qərarından görünür ki, X4 xx.xx.2025-ci il tarixdə X8 markalı, **-HD-*** dövlət nömrə nişanlı minik avtomobili ilə hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozduğuna görə İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat inzibati qaydada cərimə edilmişdir. Məhkəməyə təqdim edilmiş Foto şəkildən gprünür görünür ki, X4 xx.xx.2025-ci il tarixdə X8 markalı, **-HD-*** dövlət nömrə nişanlı minik avtomobili ilə Göyçay şəhəri Nizami küçəsində hərəkətdə olarkən yükdaşıma qaydalarını pozaraq, hərəkətini davam etdirmişdir. Təqdim edilmiş sübutlardan görünür ki, X4 xx.xx.2025-ci il tarixdə X8 markalı, **- HD-*** dövlət nömrə nişanlı minik avtomobili ilə hərəkətdə olarkən yükdaşıma qaydalarını pozmuş, hərəkətini davam etdirmişdir. Baş vermiş hadisə ilə bağlı xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat inzibati qaydada cərimə edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə baxışı zamanı X4 xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsinə əsas verə bilən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Belə olan halda tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, X3 DİN BDYPİ-nin mərkəzi məlumat xidmətinin rəisi Elvin Abdullazadə tərəfindən xx.xx.2025-ci il tarixdə qəbul edilmiş, EQ 28106263 saylı inzibati tənbeh vermə qərarı ilə razılaşmadığı barədə göstərdikləri xüsusatlar onun barəsində qəbul edilmiş qərarın ləğvi üçün əsas ola bilməz. Buna görə də X3 şikayəti əsassızdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130, 131- 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şikayət təmin edilməsin. X3 DİN BDYPİ-nin mərkəzi məlumat xidmətinin rəisi Elvin Abdullazadə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli İXM-nin 327.2-ci maddəsi ilə 100 manat inzibati qaydada cərimə edilməsi barədə qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov.
Məhkəmə qərarları › İş №3(046)-427/2025
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-427/2025
30.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver