Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-428/2022 08.08.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs iştirakı ilə xx.xx.1990-cı il tarixdə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Ağdaş şəhəri Azadlıq küçəsi ev 19-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 342.9-cu maddəsi ilə Göyçay rayonu YPX inspektoru polis kiçik serjantı X1 tərəfindən tərtib edilmiş İXP ******* saylı inzibati xəta protokolu üzrə materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir ona görə ki, Şəxs xx.xx.2022-ci il tarixdə Göyçay şəhəri Natəvan küçəsində idarə etdiyi VAZ-21144 markalı **-VH-*** dövlət nömrə nişanlı avtomobilində qanunla tətbiqinə icazə verilməyən səs siqnalından istifadə etdiyi üçün saxlanılmış, həmin vaxt məlum olmuşdur ki, Şəxs idarə etdiyi avtomobildə qanunla tətbiqinə icazə olmayan çoxavazlı səs siqnalı quraşdırmışdır. Məhkəmədə inzibati xəta törətmiş şəxs qismində izahat vermiş Şəxs əməlini etiraf edərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Göyçay şəhəri Natəvan küçəsində idarə etdiyi VAZ-21144 markalı **-VH-*** dövlət nömrə nişanlı avtomobilinə qanunla tətbiqinə icazə verilməyən səs siqnalından istifadə etdiyi üçün polis əməkdaşları tərəfindən saxlanılmışdır. Törətdiyi əməldən peşmandır. İnzibati materiala əlavə edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Şəxs idarə etdiyi VAZ-21144 markalı **-VH-*** dövlət nömrə nişanlı avtomobilində qanunla tətbiqinə icazə verilməyən çoxavazlı səs siqnalı quraşdırılmışdır. İş üzrə inzibati xəta törətmiş Şəxs izahatını dinləyən, toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi subuta yetir. Ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini, məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın törədilməsində alət olmuş predmet, yəni çoxavazlı səs siqnalı müsadirə edilməklə, cərimə inzibati tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsi ilə təqsirli bilinib, ona inzibati xətanın törədilməsində alət olmuş predmet, çoxavazlı səs siqnalı müsadirə edilməklə, 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh növü təyin edilsin. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-428/2022
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-428/2022
08.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver