Məhkəmə qərarları › İş №3(046)-429/2020

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-429/2020

03.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-429/2020 03.12.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs və zərəçəkmiş şəxs Gözəlov Azər Muxtar oğlunun iştirakı ilə xx.xx.1996-cı il tarixdə Göyçay rayonunun Hüngütlü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonunun Hüngütlü kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir, ona görə ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 22 radələrində Göyçay rayonunun Hüngütlü kəndində yaşayan Gözəlov Azər Muxtar oğlunu söyərək təhqir etməklə xırda xuliqanlıq etmişdir. İnzibati xəta törətmiş şəxs qismində izahat vermiş Şəxs əməlini etiraf edərək göstərmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 22 radələrində sərxoş olduğundan Göyçay rayonunun Hüngütlü kəndində Gözəlov Azər Muxtar oğlunu söyərək təhqir etmişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxs Gözəlov Azər Muxtar oğlu izahat verərək göstərmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 22 radələrində sərxoş vəziyyətdə yaşadığı Göyçay rayonunun Hüngütlü kəndində yerləşən evinin hasarında aşaraq həyətdəki işığı söndürmüş, pəncərədən onun evinin içərisinə baxmış, hasarı aşarkən divardan düşən daş qaz borşunun üstünə düşmüş, səsə bayıra çıxaraq Şəxs ilə rastlaşmış, nə üçün həyətinə girdiyini soruşduqda Yalçın onu nəlayiq söyüşlərlə söyərək təhqir etmişdir. Şəxs dəfələrlə ona qarşı qeyd edilən hərəkətlərə yol vermişdir. İİ dərəcəli əlil, yaşlı olduğundan Şəxs bu hərəkətlərindən əsəb sarsıntısı və mənəvi iztirablar keçirir. Buna görə də Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş MN ******* saylı xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs eyni əmələ görə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib 50 manat məbləğində inzibati cərimə təyin edilmişdir. İnzibat xəta törətmiş Şəxs izahatını dinləyən, toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi subuta yetir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi məsuliyyəti ağırlaşdıran haldır. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini, törədilmə şəraitini, məsuliyyətini yüngülləşdirən halın olmamasını və il ərzində eyni inzibati xətanı təkrarən törətdiyini məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alaraq, ona təqsirləndirildiyi İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib, ona 15 gün müddətinə inzibati həbs tənbeh növü təyin edilsin. Həbsin əvvəli xx xxxxxx 2020-ci il tarixdən saat 15:00-dan hesablansın. Qərarın icrası Göyçay rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar