Məhkəmə qərarları › İş №3(046)-429/2024

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №3(046)-429/2024

30.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 3(046)-429/2024 30.05.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay Rayon Məhkəməsinin hakimi X1 Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 592-1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 592-1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar tərtib edilmiş inzibati xəta haqqında protokol Göyçay Rayon Məhkəməsinə 29 may 2024-cü il tarixdə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədləri nəzərdən keçirtdikdə, protokolun düzgün tərtib olunmadığı və toplanmış materialın natamam olması müəyyən edilmişdir. Belə ki,29 may 2024-cü il tarixli inzibati xəta haqqında protokola görə «vət.Şəxs 4 ildir ki,Göyçay şəhərində dron aparatının olduğunu və toyları ,tədbirləri dron vasitəsilə lentə aldığını izahatında bildirmişdir.»Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 592-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 100.1.4-cü maddəsinə görə inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 592-1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan məsafədən idarə edilən pilotsuz uçan aparatların əldə edilməsi və ya satılması inzibati xətadır. Tərtib edilmiş və məhkəməyə təqdim edilmiş 29 may 2024-cü il tarixli inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer ,vaxt və bu xətanın mahiyyəti göstərilməmiş,barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatına istinad edilərək ümumi ifadələrdən (konkret olmayan) işlədilmişdir. X2 Məcəlləsinin 592-1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın mahiyyəti,törədildiyi yer və vaxt dedikdə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən hansı müvafiq icra hakimiyyəti orqanının (konkret olaraq hansı orqan ) xüsusi icazəsi olmadan məsafədən idarə edilən pilotsuz uçan aparatını nə vaxt (tarix) əldə etməsi və xətanın baş verdiyi yer (dəqiq yer) barədə məlumatların göstərilməsi nəzərdə tutulur. Bundan başqa Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.3,100.4-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir .Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Tərtib edilmiş 29 may 2024-cü il tarixli inzibati xəta haqqında protokolun barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən imzalanması,protokolu imzalamaqdan imtina etmişsə,bu barədə müvafiq qeydin aparılması,habelə protokolun surətinin ona verilməsi müəyyən olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda ,inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana,vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənləri nəzərə alıb hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığından,habelə toplanmış materiallar natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikasının İXM-nin 417 və 420-ci maddələrinə əsasən, qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 592-1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar tərtib edilmiş 29 may 2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol onu tərtib etmiş Göyçay rayon Polis Şöbəsinə geri qaytarılsın. Hakim: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar