Məhkəmə qərarları › İş №3(046)-431/2020

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-431/2020

07.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-431/2020 07.12.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs iştirakı ilə, xx.xx.1982-ci il tarixdə Göyçay rayonun Yalman kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonunun Yalman kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Göyçay rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Göyçay şəhərində xx xxxxxx 2020-ci il tarixdə acıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Göyçay rayon İcra və Probasiya Şöbəsininin icra məmuru X3 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə inzibati xəta protokolu tərtib edilmişdir ondan ötrü ki, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra məmurunun çağırışlarına gəlməmiş, Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra sənədi üzrə zərərçəkmiş şəxs X2 2400 manat məbləğində borcunu və 30 manat dövlət rüsumunu, eləcə də Göyçay Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli məkhəmə əmri üzrə 2070.70 manat kredit borcunu “xxxx” ASC-yə ödəməmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs göstərmişdir ki, məhkəmə qətnaməsinə əsasən zərərçəkmiş şəxs X1 xeyrinə 2400 manat məbləğində borcunu və 30 manat dövlət rüsumunu ödənilməsi qət edilmiş, eləcə də məhkəmə əmrinə əsasən zərərçəkmiş “xxxx” ASC-yə 2070.70 manat kredit borcunu ödəməmişdir. Zərdab rayonunda çoban işləyir. Qeyd edilən pulu ödəməyə maddi imkanı çatmır. Məhkəməyə təqdim olunmuş xx.xx.2020-ci il tarixli mülki axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə tutulmuşdur. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra sənədini və Göyçay Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli məkhəmə əmrinu üzürsüz səbəbdən icra etməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetir. Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən törətdiyi xətanın xarakterini, törədilmə şəraitini, heç bir üzrlü səbəb olmadan tələbkara olan borcunu ödəməkdən yayındığını, həmçinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona inzibati həbs tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona 15 gün müddətinə inzibati həbs tənbeh növü təyin edilsin. Həbsin əvvəli xx.xx.2020-ci il tarixdən saat 16:00-dan hesablansın. Qərarın icrası Göyçay rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov. AZƏRBAYCAN RESPUBLİKASİ GÖYÇAY RAYON MƏHKƏMƏSİ AZ-2300 Nəriman Nərimanov küç., 56 Tel: (02027) 4-00-55, Faks: (02027) 4-00-83 www.goychaycourt.gov.az Elektron ünvan xx xxx 2020-ci il 3(046)-352/2020 Göyçay rayon Polis Şöbəsinin rəisi polis polkovniki cənab Sənan Əsədova (icrası üçün) Göyçay rayon İcra və Probasiya Şöbəsinin rəisi ədliyyə müşaviri cənab İlqar Abdurahmanova (məlumat üçün) Göyçay şəhəri Ü.Hacıbəyov küçəsi ev 112 X4 (məlumat üçün) Göyçay Rayon Məhkəməsinin 3(046)-428/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı Sizə göndərilir. Qoşma: Qərar ( ) vərəqdə H a k i m : İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar