Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-431/2022 09.08.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonu Ləkçıplaq kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Göyçay rayon Polis Şöbəsi İTB-nin sahə rəisi X4 tərəfindən xx.xx.2022-ci il tarixdə inzibati xəta protokolu tərtib edilmişdir ondan ötrü ki, Şəxs 2022-ci ilin yanvar ayında Göyçay rayonu Ləkçıplaq kəndində Kənan Vəliyevə məxsus çayxanada X9, X1, X7 və X3 ilə pulla qumar oynamışdır. Məhkəmədə Şəxs izahat verərək göstərmişdir ki, X2 tanımır, onunla heç bir qumar oyununda iştirak etməmişdir. Ümumiyyətlıə qumar oynamamışdır. Göyçay rayon Polis şöbəsində verdiyi izahatı oxumamış, verilmiş izahat onun sözləri ilə yazılmamışdır. Buna görə də barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şəxs izahatında göstərmişdir ki, 2022-ci ilin yanvar ayında X9, X1, X7 və X3 ilə qumar oynamış, Zakirin onlara hiylə gələrək 1700 manat pullarını udduğunu, daha sonra həmin pulu Zakirdən tələb etdiklərini etiraf etmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Şəxs Göyçay rayonu Ləkçıplaq kəndində yerləşən Kənan Vəliyevə məxsus çay evində Göyçay rayon sakinləri X9, X1, X7 və X3 ilə birlikdə kartla qumar oyununda iştirak etmişdir. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol verməsi tam sübuta yetir. Ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə -oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. İnzibati xəta hadisəsi 2022-ci ilin yanvar ayında baş verdiyindən, qumar oyunu zamanı ləvazimatlar və pul vəsaitlərinin götürülməsi mümkün olmamışdır. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən, törətdiyi əməlin xarakterini, törədilmə şəraitini, eləcə də məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə inzibati tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənləri və İnzibati Xətalar Məcəlləsinin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsilə təqsirli bilinib, ona 3000 manat məbləğində inzibati cərimə tənbeh növü təyin edilsin. Qərarın icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest vermək olar. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-431/2022
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-431/2022
09.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver