Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-436/2023 18.07.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay rayon Məhkəməsinin hakimi X4, xx.xx.1992-ci ildə Kürdəmir rayonunda anadan olmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonu, Mollahacılı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Şəxs 17 iyul 2023-cü il tarixdə saat 18 radələrində Göyçay şəhəri, M.Hüseynzadə küçəsində Göyçay rayon Polis Şöbəsinin DYPB-nin YPX-i əməkdaşları tərəfindən avtomobilin arxa işıq cihazlarında nasazlıq olması səbəbi ilə saxlanılmış, Şəxs yaxınlaşaraq törətmiş olduğu qayda pozuntusunu izah edərək avtomobilin sənədlərini təqdim etməsini tələb etmiş, avtomobildə olan nasazlığın yerində aradan qaldırılması mümkün olmadığından avtomobili duracağa aparılması ona izah edilməsinə baxmayaraq, sənədləri təqdim etməkdən imtina edərək avtomobili durucağa aparılmasına mane olmuş, köməyə çağırılan Göyçay rayon Polis Şöbəsinin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. İnzibati xəta hadisənin olması 18 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatı, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində etibarnamə ilə idarə etdiyi “Vaz 2107” markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən YPX-nin əməkdaşları tərəfindən saxlanılmış, YPX-nin əməkdaşı ona yaxınlaşaraq avtomobilin arxa işıq cihazlarında nasazlıq olmasını bildirərək qayda pozuntusuna yol verdiyini bildirərək ondan avtomobilin sənədlərini təqdim etməsini tələb etmişdir. Bu zaman YPX-nin əməkdaşının tələbinə tabe olmayaraq sənədləri verməkdən imtina etmiş, sənədləri verməkdən imtina etdiyi üçün aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı YPX-nin əməkdaşı onu nizam-intizama dəvət etmiş, lakin o, YPX-nin əməkdaşının qanuni tələblərinə tabe olmamışdır. Törətdiyi əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində izahat vermiş Göyçay rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin baş inspektoru X9 bildirdi ki, 17 iyul 2023-cü il tarixdə, saat 18 radələrində YPX-nin inspektoru polis baş serjantı X5 ilə birlikdə xidmətdə olarkən Göyçay şəhəri, M.Hüseynzadə küçəsində “Vaz 2107” markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa işıq cihazlarında nasazlıq olması səbəbi ilə saxlanılmışdır. Daha sonra inspektor Calal Teymurov avtomobilin sürücüsü Şəxs yaxınlaşaraq özünü təqdim etmiş, qayda pozuntusu törətdiyini ona izah edərək ondan avtomobilin sənədlərini təqdim etməsini tələb etmişdir. Bu zaman Şəxs aqressiv şəkildə uca səslə “Nicatın maşınını siz tanımırsız məndən nə sənəd istəyirsiz” deyərək sənədləri verməkdən imtina etmişdir. Onu dəfələrlə nizam-intizama dəvət etməklərinə baxmayaraq o, onların qanuni tələblərinə qəsdən tabe olmayaraq avtomobilin açarlarını üzərindən götürmüş, “heç kim mənim maşınımı duracağa apara bilməz” deyərək yenidən tabesizlik göstərərək uca səslə qışqırmağa başlamışdır. Daha sonra kömək üçün rayon polis şöbəsinin PPXB-nin avtopatrulunu çağırmışlar. Onların köməkliyi ilə Şəxs nəqliyyat vasitəsi ilə birlikdə rayon polis şöbəsinə apararaq növbətçi hissəyə təhvil vermişlər. Məhkəmədə şahid qismində izahat vermiş X5 şahid X7 izahatına uyğun eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Göyçay rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri X3 bildirdi ki, 17 iyul 2023-cü il tarixdə, saat 18 radələrində Göyçay rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri İbrahim Nəsrullazadə ilə birlikdə 2 nömrəli avtopatrulda xidmətdə olarkən DYPB-nin YPX-i əməkdaşları radiorabitə çağırış vasitəsi ilə Göyçay şəhəri, M.Hüseynzadə küçəsinə kömək istəmişlər. Onlar dərhal bu barədə növbətçi hissəyə məlumat verərək həmin yerə getmişlər. Orada “Vaz 2107” markalı, **-CZ- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs YPX-nin inspektorlarına tabesizlik göstərdiyini görmüşdür. Daha sonra Şəxs nəqliyyat vasitəsi ilə birlikdə rayon polis şöbəsinə apararaq növbətçi hissəyə təhvil vermişlər. Məhkəmədə şahid qismində izahat vermiş X1 şahid X2 izahatına uyğun eyni məzmunlu izahat vermişdir. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 19:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində iki azyaşlı uşağının olması, əməlindən peşman olması iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi, iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmaması nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən məbləğdə inzibati cərimə İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutub, qərara aldım: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 150 manat cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №3(046)-436/2023
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-436/2023
18.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver