Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-439/2022 29.07.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ X6 Rizvan oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, orta təhsilli, Göyçay rayonu Çərəkə kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Göyçay rayon PŞdən daxil olmuş inzibati xəta haqqında protokola Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilmişdir ondan ötrü ki, o, xx.xx.2022-ci il tarixdə Göyçay rayonu Çərəkə kəndində saat 19 radələrində aralarında yaranmış mübahisə zamanı baldızı Zərərçəkmiş şəxs və qızı X2 fiziki xəsarət yetirmişdir. Məhkəmədə inzibati xəta törətmiş Şəxs izahat verərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Göyçay rayonu Çərəkə kəndində yerləşən əri X3 yaşadığı evdən azyaşlı uşaqlarını evinə gətirmək istəmişdir. Həyətə daxil olarkən baldızı Pərvinin telefonla video çəkiliş etdiyini görmüş, Pərvinin hərəkətlərindən əsəbləşərək ona irad bildirmişdir. Daha sonra aralarında mübahisə yaranmış, mübahisə zamanı qardaşı Səxavət Nəbiyev həyətə daxil olaraq Pərvinə video çəkilişi dayandırmasını tələb etmişdir. Bu zaman uşağı Güllü Salmanzadə də həyətdə olmuş, onu özü ilə aparmaq istəyərkən Güllü onunla getməkdən imtina etmişdir. Uşağın ona olan rəftarından daha da əsəbləşərək evin ikinci mərtəbəsinə çıxmış orada baldızları ilə mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Pərvinin saçından tutaraq dartmışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində izahat vermiş Zərərçəkmiş şəxs göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Göyçay rayonu Çərəkə kəndində yaşadığı evdə olarkən gəlinləri Şəxs uşağlarını aparmaq üçün evlərinə gəlmişdir. Həyətə daxil olarkən əsəbi şəkildə ucadan nalayiq ifadələr işlədərək münaqişə yaratmışdır. Münaqişə zamanı o, telefonla sübut üçün video çəkiliş etdikdə Xədicə çəkilişi dayandırmağını bildirmişdir. Bu zaman aralarında mübahisə yaranmış, mübahisə zamanı Xədicə onu yerə yıxaraq bədənin müxtəlif nahiyyələrindən vuraraq xəsarət yetirmişdir. Daha sonra Şəxs qardaşı qızı Güllü Salmanzadəni həyətdən zorla aparmaq istəyərkən onun boyun nahiyyəsindən tutaraq fiziki xəsarət yetirmişdir. Xədicədən şikayətçidir, onun barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Təqdim edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 344 saylı ekspert rəyi ilə Zərərçəkmiş şəxs gövdənin sol yan aşağı hissəsində və belin sol iç nahiyyəsində sıyrıqlar, sağ qabırğa altı nahiyədə qançır küt – bərk əşyanın təsərindən törənmişlər, törənmə müddətləri qərarın təsvir hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gəlmələri inkar edilmir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Təqdim edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 345 saylı ekspert rəyi ilə X1 bədəni üzərində eləcə də üz nahiyyələrində xx.xx.2022-ci il tarixinə uyğun xəsarətin hər hansı bir obyektiv əlamət izləri aşkar edilmədi. Məhkəməyə təqdim edilmiş CD disk video görüntülərindən görünür ki, Şəxs ilə Zərərçəkmiş şəxs arasında münaqişə baş vermişdir. Göründüyü kimi zərərçəkmiş şəxslər X4 və Zərərçəkmiş şəxs bədəni üzərindəki xəsarətlər Şəxs tərəfindən yetirilmişdir. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verən hesab edir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Göyçay rayonu Çərəkə kəndində saat 19 radələrində aralarında yaranmış mübahisə zamanı baldızı Zərərçəkmiş şəxs ilə qızı X2 fiziki xəsarət vuraraq Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən şəxsiyyətini, törətdiyi əməlin xarakterini, törədilmə şəraitini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmamasını nəzərə alaraq ona Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə inzibati tənbeh növü təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib, ona 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tənbeh növü təyin edilsin. Qərarın icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(046)-439/2022
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-439/2022
29.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver