Məhkəmə qərarları › İş №3(046)-44/2023

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-44/2023

10.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-44/2023 10.01.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakı ilə, xx.xx.1983-cü il tarixdə Göyçay rayonu Hacağabəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, İİ qrup əlil, evli, orta təhsilli, fərdi əməklə məşqul olan, Göyçay rayonu Hacağabəyli kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs barəsində xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göyçay rayon məhkəməsinə göndərilmişdir. Ona görə ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 16 radələrində sürücülük hüququ olmadan idarə etdiyi Lifan markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Göyçay-Ucar yolunun 0.1-ci km-də hərəkətdə olarkən ondan qarşıda hərəkətdə olan Zərərçəkmiş şəxs1 məxsus Mercedes-Benz 190 markalı **-NS-*** dövlət nömrə nişanlı avtomobili arxadan vurmuş, zərbənin təsirisindən Mercedes-Benz 190 markalı **-NS-*** dövlət nömrə nişanlı avtomobil ondan qarşıda hərəkətdə olan Reoult Megane markalı **-GM-*** dövlət nömrəli avtomobili arxadan vurmuşdur. Baş vermiş hadisə zamanı hər iki avtomobilə maddi ziyan dəymişdir. Məhkəmədə inzibati xəta törətmiş şəxs qismində izahat vermiş Şəxs əməlini etiraf etməklə göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 16 radələrində sürücülük hüququ olmadan idarə etdiyi Lifan markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Göyçay- Ucar yolunun 0.1-ci km-də hərəkətdə olarkən ondan qarşıda hərəkətdə olan Zərərçəkmiş şəxs1 məxsus Mercedes-Benz 190 markalı **-NS-*** dövlət nömrə nişanlı avtomobili arxadan vurmuş, zərbənin təsirisindən Mercedes-Benz 190 markalı **-NS-*** dövlət nömrə nişanlı avtomobil ondan qarşıda hərəkətdə olan Zərərçəkmiş şəxs2 idarə etdiyi Renoult Megane markalı **-GM-*** dövlət nömrəli nişanlı avtomobili arxadan vurmuşdur.Törətdiyi əməlindən peşmandır. Zərərçəkmiş şəxslərə dəymiş ziyan sığorta şirkəti tərəfindən ödəniləcəkdir. Zərərçəkmiş şəxslərin ondan şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 izahat verərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Göyçay-Ucar yolunun 0.1-ci km-də özünə məxsus Mercedes-Benz 190 markalı **-NS-*** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən Şəxs idarə etdiyi Lifan markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil arxadan vurmuş, zərbənin təsirindən qarşıda hərəkətdə olan Zərərçəkmiş şəxs2 idarə etdiyi Renoult Megane markalı **-GM-*** dövlət nömrəli nişanlı avtomobili arxadan vurmuşdur. Ona dəymiş ziyan sığorta şirkəti tərəfindən ödəniləcəkdir. Buna görə də Şəxs şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 izahat verərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Göyçay-Ucar yolunun 0.1-ci km-də özünə məxsus Renoult Megane markalı **- GM-*** dövlət nömrəli nişanlı avtomobillə hərəkətdə olarkən Şəxs idarə etdiyi Lifan markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs1 idarə etdiyi Mercedes- Benz 190 markalı **-NS-*** dövlət nömrə nişanlı avtomobili arxadan vurmuş, zərbənin təsirindən onun idarə etdiyi Renoult Megane markalı **-GM-*** dövlət nömrəli nişanlı avtomobili Mercedes-Benz 190 markalı **-NS-*** dövlət nömrə nişanlı avtomobil də arxadan vurmuşdur. Ona dəymiş ziyan sığorta şirkəti tərəfindən ödəniləcəkdir. Buna görə də ondan şikayət və tələbi yoxdur. İş üzrə inzibat xəta törətmiş Şəxs və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 izahatını dinləyən, toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi subuta yetir. İşə materiallarına əlavə edilmiş Göyçay Avtoservis MMC tərəfindən verilmiş aktdan görünür ki, Zərərçəkmiş şəxs2 idarə etdiyi Renoult Megane markalı **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobilə 650 manat maddi ziyan dəymişdir. İşə materiallarına əlavə edilmiş Göyçay Avtoservis MMC tərəfindən verilmiş aktdan görünür ki, Zərərçəkmiş şəxs1 idarə etdiyi Mercedes-Benz 190 markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobilə 960 manat maddi ziyan dəymişdir. İş materiallarında inzibati xəta hadisəsi baş verərkən zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 maddi ziyan dəydiyi müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nın 332.4-cü maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcuddur. Azərbaycan Respublikası 332.4-cü maddəsinə əsasən bu məcəllənin 332.4-cü maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görədörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini, törətdiyi əməli etiraf etməklə peşman olduğu, İİ qrup əlil olduğu, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmadığı məsuliyyətini yüngülləşdirən hal kimi və məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi İXM-nin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinib, ona 400 manat məbləğində inzibati cərimə təyin edilsin. Qərarın icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar