Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-44/2024 19.01.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, X1 iştiraki ilə, X1 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BDYPİ-nin polis Polkovnik X2 xx.xx.2023-cü il tarixli EQ/17390077 nömrəli və xx.xx.2023-cü il tarixli EQ/17524325 nömrəli inzibati tənbeh vermə haqqında qərarlarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X11 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BDYPİ-nin polis Polkovnik X2 xx.xx.2023-cü il tarixli EQ/17390077 nömrəli və xx.xx.2023-cü il tarixli EQ/17524325 nömrəli inzibati tənbeh vermə haqqında qərarlarının ləğv olunmasını və işə yenidən baxılması üçün səlahiyyətli orqana qaytarılmasını xahiş etmişdir. Şikayətçi ərizəsini belə əsaslandırmışdır ki, xx.xx.2023-cü ıl tarixdə saat 14:20-də baş etibarnamə əsasında idarə etdiyi VAZ-21074 markalı, ** MB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı-Qazax yolu 29.5 km ilə hərəkətdə olarkən, AR DİN Baş Dövlət Yol Polis İdarəsinə məxsus yoda quraşdırılmış xüsusi texniki vasitə tərəfindən AR İXM-in 328.1 -ci və 332.2-ci maddələrində nəzərdə tutulan xətanı törətməyi qeydə alınmış və xx.xx.2023-cü il tarixli EQ/17390077 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarla həmin maddələrlə təqsirli bilinib, 100 manat məbləğində inzibatı qaydada cərimə edilmişdir.xx.xx.2023-cü il tarixdə saat 17:10-da baş etibarnamə əsasında idarə etdiyi VAZ-21074 markalı, ** MB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı-Qazax yolu 302.6 km ilə hərəkətdə olarkən, AR DİN Baş Dövlət Yol Polis İdarəsinə məxsus yoda quraşdırılmış xüsusi texniki vasitə tərəfindən AR İXM-in 328.1 -ci və 332.3-cü maddələrində nəzərdə tutuian xətanı törətməyi qeydə alınmış və xx.xx.2023-cü il tarixli EQ/17524325 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarlar həmin maddələrlə təqsirli bilinib, 300 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Sözügedən qərarlar qanunsuz və əsassız olduğu üçün ləğv edilməli və inzibati xəta haqqinda işə yenidən baxılması üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Belə ki, xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə atam xəstə olduğu üçün qaynı X15 ilə birgə mütəmadi olaraq Bakı şəhərində yerləşən xəstəxnaya getmişlər. Qaynının sürücülük vəsiqəsi yəni sürücülük hüququ olduğu üçün baş etibarnamə ilə ona məxsus olan VAZ- 21074 markalı, ** MB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini qaynı X15 idarə etmişdir. xx.xx.2023-cü il tarixdə VAZ-21074 markalı, ** MB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə saat 14:20-də Bakı-Qazax yolu 29.5 km ilə hərəkətdə olarkən yolda müəyyən edilmiş 10.20 km/ saat hərəkət sürəti aşıldığına görə AR DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli EQ/17390077 nömrəli qərar ilə inzibati tənbeh edilmişdir. xx.xx.2023-cü il tarixdə VAZ-21074 markalı, ** MB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə saat 17:10-da Bakı-Qazax yolu 302.6 km ilə hərəkətdə olarkən yolda müəyyən edilmiş 10.20 km/ saat hərəkət sürəti aşıldığına görə AR DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli EQ/17524325 nömrəli qərarı isə inzibati tənbeh edilmişdir. Barəsində tərtib olunmuş inzibati qərarlar əsasızıdır. Çünki, həmin vaxtlarda sözügdən nəqiıyyat vasitəsini idarə etmədiyi üçün Azərbaycan Respublikası İXM-in 332.2ci və 332.3-cü maddələri ilə deyil, həmin Məcəllənin 328.1 -ci maddəsi ilə inzibati qaydada tənbeh oluna bilərdi. Buna görə də şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BDYPİ-nə məlumat verilmiş, lakin nümayəndə məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş X15 göstərmişdir ki, X11 onun qohumudur, ona məxsus olan VAZ-21074 markalı, ** MB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə Ariz Məmmədovun sürücülük hüququ olmadığı üçün idarə etmişdir. Məhkəmə şikayət ərizəsinə, iş materiallara baxaraq hesab edir ki, şikayət təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş BD 293318 saylı X4 Şəhadətnaməsinin surətindən görünür ki, VAZ-21074 markalı, ** MB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X8 mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş X5 verilməsi haqqında etibarnamədən görünür ki, VAZ-21074 markalı, ** MB *** dövlət qeydiyyatı nişanlı avtomobil baş etibarnamə ilə, (yəni sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq və ərizə vermək) X10 etibar edilmişdir. İş materiallarına əlavə edilmiş AE ******* nömrəlo sürücülük vəsiqəsinin surətindən görünür ki, X12 BC kateqoriyalı avtomobilləri idarə etmək səlahiyyətindədir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli EQ/17390077 nömrəli inzibati xəta haqqında qərardan görünür ki, X11 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1 və 332.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat inzibati qaydada cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli EQ/17524325 nömrəli inzibati xəta haqqında qərardan görünür ki, X11 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1 və 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 300 manat inzibati qaydada cərimə edilmişdir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla X7 xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.2-ci və xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə nəzərdə tutulmuş əməli törətməsi tam sübuta yetirilməmişdir. Belə ki, məhkəmə iclası zamanı şahid qismində ifadə verən X15 xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə X7 baş etibarnamə ilə istifadəsi olan VAZ-21074 markalı, ** MB *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etdiyini bildirmişdir. Buna görə də məhkəmə hesab edir ki, qeyd edilən qərarlar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Məhkəmə X7 ərizəsində göstərdiyi xüsusatlara, şahid ifadəsinə və məhkəmə baxışında verdiyi izahata hüquqi qiymət verərək hesab edir ki, X11 barəsində qərarlar qəbul edilərkən törədilmiş inzibati xətanın törədilmə şəraiti, inzibati xəta törətmiş şəxsin şəxsiyyəti, məsuliyyətini yüngülləşdirən, həmçinin məsuliyyətini ağırlaşdırılan halların olub olmamasını müəyyən edilməməsi, barəsində qərar qəbul edilərkən inzibati xəta törətmiş X7 verə biləcəyi vəsatətlərin nəzərə alınmaması xüsusatları, X10 istinad edilən inzibati xətanın araşdılması hüququnu məhdudlaşdırılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməli, X11 barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BDYPİ-nin polis Polkovnik X3 tərəfindən qəbul eidlmiş xx.xx.2023-cü il tarixli EQ/17390077 nömrəli və xx.xx.2023-cü il tarixli EQ/17524325 nömrəli inzibati tənbeh vermə haqqında qərarlar ləğv edilməli, yenidən baxılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BDYPİ-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X7 şikayəti təmin edilsin. X11 barəsində İnzibati Xətalar Məcəlləsinin 328.1 və 332.2-ci maddəsi ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BDYPİ-nin polis Polkovnik X3 tərəfindən X7 100 manat cərimə edilməsinə dair qəbul edilmiş xx.xx.2023-cü il tarixli EQ/17390077 nömrəli inzibati xəta haqqında iş üzrə qərar və X11 barəsində İnzibati Xətalar Məcəlləsinin 328.1 və 332.3-cü maddəsi ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BDYPİ-nin polis Polkovnik X3 tərəfindən X7 300 manat cərimə edilməsinə dair qəbul edilmiş xx.xx.2023-cü il tarixli EQ/17524325 nömrəli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilsin. xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə baş vermiş inzibati xətalar ilə bağlı araşdırma aparılmaqla yenidən baxılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BDYPİ-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Göyçay Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-44/2024
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-44/2024
19.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver