Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-441/2022 29.07.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ X1 Rizvan oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1962-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, orta təhsilli, Göyçay rayonu Çərəkə kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Göyçay rayon PŞdən daxil olmuş inzibati xəta haqqında protokola Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilmişdir ondan ötrü ki, o, xx.xx.2022-ci il tarixdə Göyçay rayonu Çərəkə kəndində saat 19 radələrində aralarında yaranmış mübahisə zamanı kürəkəni Zərərçəkmiş şəxs fiziki xəsarət yetirmişdir. Məhkəmədə inzibati xəta törətmiş Şəxs izahat verərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə az yaşlı nəvələrini evinə gətirmək üçün Göyçay rayonu Çərəkə kəndində yerləşən kürəkəni Zərərçəkmiş şəxs yaşadığı evə qızı Xədicə Salmanova və oğlu Səxavət Nəbiyevlə birlikdə getmişlər. Həmin vaxt qızı Xədicə həyətə daxil olarkən o, çöldə avtomobildə əyləşmişdir. Daha sonra həyətdən səs-küy səsləri eşidildiyi üçün həyətə daxil olmuş, bu zaman Xədicənin kürəkəninin bacısı Pərvin ilə mübahisə etdiyini görmüşdür. Mübahisəyə səbəb Pərvinin telefon vasitəsi ilə video çəkiliş etməsi olmuşdur. Xədicə və oğlu Səxavət telefonu Pərvinin əlindən almaq istəyərkən kürəkəni Nahid onun ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan əsəbləşərək darvazadan dəmir parçasını çıxardıb Nahidin ayaq nahiyyəsindən vurmuşdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində izahat vermiş Zərərçəkmiş şəxs göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Göyçay rayonu Çərəkə kəndində yaşadığı evə olarkən arvadı Xədicə Salmanova uşaqlarını aparmaq üçün evlərinə gəlmişdir. Xədicə həyətə daxil olarkən əsəbi şəkildə ucadan nalayiq ifadələr işlədərək münaqişə yaratmışdır. Həmin vaxt bacısı Pərvin Salmanova telefonla video çəkiliş edərək hadisələri çəkmək istəyərkən arvadı Xədicə və qaynı Səxavət bacısının üzərinə gəlmişlər. Bu zaman Səxavət bacısını yerə yıxaraq mobil telefonu əlindən alaraq video görüntüləri silmişdir. Həmin vaxt o, Səxavəti kənarlaşdırmaq istəyərkən qaynanası Şəxs əlindəki dəmir parçası ilə onun üz və qarın nahiyyəsindən vurmuş, qaynı Səxavət isə onun baş nahiyyəsindən əli ilə vuraraq xəsarət yetirmişdir. Fatmadan şikayətçidir, onun barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Təqdim edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 346 saylı ekspert rəyi ilə Zərərçəkmiş şəxs bədəni üzərində eləcədə baş, döş qəfəsinin sol tərəfində və sol baldır nahiyyələrində xx.xx.2022-ci il tarixinə uyğun xəsarətin hər hansı bir obyektiv əlamət izləri aşkar edilmədi. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verən hesab edir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Göyçay rayonu Çərəkə kəndində saat 19 radələrində aralarında yaranmış mübahisə zamanı kürəkəni Zərərçəkmiş şəxs fiziki xəsarət vuraraq Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən şəxsiyyətini, törətdiyi əməlin xarakterini, törədilmə şəraitini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmamasını nəzərə alaraq ona Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə inzibati tənbeh növü təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib, ona 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh növü təyin edilsin. Qərarın icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(046)-441/2022
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-441/2022
29.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver