Məhkəmə qərarları › İş №3(046)-443/2024

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №3(046)-443/2024

21.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 3(046)-443/2024 21.06.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədirliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X1, Göyçay RPŞ-nin DYPB-nin rəisi X2 iştirakı ilə, Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X1 Göyçay RPŞ-nin DYPB-nin rəisi X4 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarından şikayət verilmə müddətinin bərpası barədə vəsatətinə baxaraq, məhkəmə Müəyyənetdi: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X3 vəsatət ilə məhkəməyə müraciət edərək Göyçay RPŞ-nin DYPB-nin rəisi X4 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddətinin bərpa edilməsini xahiş etmişdir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X3 vəsatəti belə əsaslandırmışdır ki, barəsində 26 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-in 329.3, 333.1-ci maddələri ilə İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin inzibati xəta haqqında protokoldan narazı olduğu üçün, 27 iyun 2023-cü il tarixdə protokola Göyçay rayon Polis Şöbəsinin DYPB-nin rəisi, polis baş leytenantı X4 tərəfindən baxılmış və onun Azərbaycan Respublikası İXM-in 329.3, 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməyi əsası ilə 400 manat məbləğində cərimə edilməsi barədə qərar qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli TP seriyalı ******* saylı inzibati xəta haqqında qərarda qeyd olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə saat 23:55-də Göyçay şəhəri Natəvan küçəsində «VAZ-21065» minik markalı, K565BY93 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən işıq cihazından düzgün istifadə etmədiyi üçün polis tərəfindən saxlanılmış, bu vaxt müəyyən olunmuşdur ki, nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Ona görə də Azərbaycan Respublikası İXM-in 329.3, 333.1-ci maddələri ilə barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Sözügedən qərar qanunla müəyyən edilmiş müddət ərzində ona təqdim edilməmişdir. Yalnız sözügedən qərarın mövcudluğundan bu günlərdə məlumatlı olmuşdur. Bundan sonra Azərbaycan Respublikası İXM-nin 329.3, 333.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarın surəti əldə edilərək, şikayət etmək qərarına gəlinmişdir. Hesab edir ki, barəsində qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın surəti bu günlərdə ona təqdim edildiyi üçün, qanunla müəyyən edilmiş şikayət vermə müddətini ötürməmişdir. Barəsində tərtib edilmiş protokolla razı olmadığı bildirməyinə baxmayaraq, ona həmin protokola baxılması barədə bildirişi qanunla müəyyən edilmiş qaydada və müddətdə ona göndərməmiş, bununla da öz müdafiəsinə hazırlamağa imkan verməmişdir.Buna görə də həmin qərardan şikayət verilməsi müddətinin bərpa edilməsini xahiş edir. Göyçay RPŞ-nin DYPB-nin rəisi X4 izahat verərək göstərmişdir ki, X3 xx.xx.2023cü il tarixdə saat 23:55-də Göyçay şəhəri Natəvan küçəsində «VAZ-21065» minik markalı, K565BY93 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən işıq cihazından düzgün istifadə etmədiyi üçün polis əməkdaşı tərəfindən saxlanılmış, bu vaxt onun avotmobili sərxoş vəziyyətdə idarə etməsi vizual görünüşündə müşahidə edilmişdir. Bundan sonra onun spirtli içki qəbul etməsinin müəyyən etmək məqsədi ilə polis əməkdaşı tərəfindən alkotester müayinəsindən keçmiş, müəyyən edilmişdir ki, Nəsimi Qafurov avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. Alkotesterin göstəricisi 0.4 promilli olmuşdur. Alkotesterin göstəricisi Nəsimi Qafurova təqdim edilmiş, pivə içdiyini bildirməklə alkostesterin bildirişə imza etmişdir. Bundan sonra onun barəsində xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin inzibati xəta haqqında prtokol Qafurov Nəsimiyə təqdim edilmiş, imza edərək protokolu qəbul etmişdir. Daha sonra həmin protokol əsasında xx.xx.2023-cü il tarixdə tərəfindən X3 barəsində qərar qəbul etmiş, X3 Azərbaycan Respublikası İXM-in 329.3, 333.1-ci maddələri ilə təqsirli bilinərək 400 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Buna görə də həmin qərardan şikayət vermə müddətinin bərpa edilməsi barədə X1 vəsatətini əsassız hesab edir. Məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli İN 640712 nömrəli alkostesterin göstəricisinə dair çıxarışdan görünür ki, X1 bioloji mühitində alkoqolun miqdarı 0.4 promillidir. Qeyd: X3 alkostesterin çıxarışına imza etməklə, pivə içdiyini etiraf etmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2023-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X3 xx.xx.2023-cü il tarixdə saat 23:55-də Azərbaycan Respublikası İXM-in 329.3, 333.1-ci maddələri nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qeyd: protokol X3 tərəfindən imzalanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 İXM-nin 329.3, 333.1-ci maddələri təqsirli bilinərək 400 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Qeyd: qərar X3 tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, X3 xx.xx.2023-cü il tarixdə saat 23:55də Göyçay şəhəri Natəvan küçəsində «VAZ-21065» minik markalı, K565BY93 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən işıq cihazından düzgün istifadə etmədiyi üçün polis əməkdaşı tərəfindən saxlanılmış, bu vaxt onun avotmobili sərxoş vəziyyətdə idarə etməsi vizual görünüşündə müşahidə edilmişdir. Bundan sonra onun spirtli içki qəbul etməsinin müəyyən etmək məqsədi ilə polis əməkdaşı tərəfindən alkotester müayinəsindən keçmiş, müəyyən edilmişdir ki, Nəsimi Qafurov avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. Alkotesterin göstəricisi 0.4 promilli olmuşdur. Alkotesterin göstəricisi Nəsimi Qafurova təqdim edilmiş, pivə içdiyini bildirməklə alkostesterin bildirişə imza etmişdir. Bundan sonra onun barəsində xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin inzibati xəta haqqında prtokol Qafurov Nəsimiyə təqdim edilmiş, imza edərək protokolu qəbul etmişdir. Daha sonra həmin protokol əsasında xx.xx.2023-cü il tarixdə X3 barəsində qərar qəbul edilmiş, X3 Azərbaycan Respublikası İXM-in 329.3, 333.1-ci maddələri ilə təqsirli bilinərək 400 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəmə hesab edir ki, X1 Göyçay RPŞ-nin DYPB-nin rəisi X4 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ona təqdim edilmədiyi barədə göstərdikləri əsassız olduğundan, həmin qərardan şikayət vermə müddətinin bərpa edilməsi üçün heç bir əsas müəyyən edilmədiyindən X1 Göyçay RPŞnin DYPB-nin rəisi X4 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarından şikayət vermə müddətinin bərpa edilməsi barədə vəsatəti təmin edilməməli və Göyçay RPŞ-nin DYPB-nin rəisi X4 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarından verdiyi şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 130-cı maddəsinin rəhbər tutaraq, məhkəmə Qərarverdim: X1 Göyçay RPŞ-nin DYPB-nin rəisi X4 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarından şikayət vermə müddətinin bərpa edilməsi barədə vəsatəti təmin edilməsin və Göyçay RPŞ-nin DYPB-nin rəisi X4 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarından verdiyi şikayət geri qaytarılsın. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar