Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 3(046)-445/2022 26.09.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakı ilə, Şəxs barəsində Göyçay rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli protokola Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Göyçay rayon İcra və Probasiya şöbəsi tərəfindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli inzibati xəta protokolu baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Şəxs barəsində tərtib edilmiş inzibati xəta protokolu üzrə icraata xitam verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, işə yenidən baxılması üçün Göyçay rayon Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, apelyasiya şikayət vermiş Zərərçəkmiş şəxs, şikayətində mərhum İdris Yaqubovdan miras qalmış qızıl-zinyət əşyaların lombarda girov qoyulduğunu göstərmiş, bu hal birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Həmçinin, iş materiallarından mərhum İdris Yaqubovdan qalmış miras əmlakının dairəsi (yaşayış evi, mal-qara və sair) müəyyən edilməmişdir. Halbuki, vərəsələrin kreditor qarşısında məsuliyyətindən bəhs edən Mülki Məcəllənin 1306.1-ci maddəsinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə baxışı zamanı izahat vermiş zərərçəkmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, mərhum X1 miras qalmış 1.81 ha torpaq sahəsi vardır. Borclu Şəxs həmin torpaq sahəsinin mərhum atası tərəfindən qiyabi şəkildə satıldığını iddia edir. Lakin həmin torpaq sahəsi X2 və digər vərəsənin mülkiyyətindədir. Məhkəmə hesab edir ki, qeyd edilən xüsusatlar üzrə icra məmuru tərəfindən araşdırma aparılmamış, borculunun mülkiyyətində olan 1.81 ha torpaq sahəsinə borcun yönəldilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Buna görə də tərtib edilmiş protokol natamamdır, geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında protokol tərtib edilərkən mərhum İdris Yaqubovdan miras qalmış qızıl-ziynət əşyalarının vərəsəsi olaraq Şəxs tərəfindən qəbul edilməsi və girov qoyulmuş qızıl-ziynət əşyalarının Şəxs tərəfindən lombardan götürülməsi, eləcə də mərhum İdris Yaqubovdan miras qalmış 1.81 ha torpaq sahəsinə məcburi icra tədbirlərinin tətbiqi araşdırılmamışdır. Şəxs barəsində tərtib edilmiş inzibati xəta protokolu üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinin tələblərinin pozulması müəyyən edildiyindən materialın onu tərtib etmiş Göyçay rayon İcra və Probasiya şöbəsinə geri qaytarılması barədə qərardad qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; [81] 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. 100.2. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.4. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Göründüyü kimi iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən göstərilən xüsusatlar inzibati icraat aparılan zaman icra məmuru tərəfindən nəzərə alınmamış, tələbkarın göstərdiyi məlumatlar üzrə heç bir araşdırma aparılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, hazırkı material üzrə işə baxılması qeyri mümkündür. Ona görə də inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər onu tərtib etmiş vəzifəli şəxsə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 103, 110, 109.1.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs barəsində Göyçay rayon İcra və Probasiya şöbəsi tərəfindən İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər Göyçay rayon İcra və Probasiya şöbəsinə qaytarılsın. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-445/2022
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №3(046)-445/2022
26.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver