Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-445/2023 26.07.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay Rayon Məhkəməsinin hakimi X2 Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Göyçay şəhəri, Ş.İ.Xətai küçəsi, bina 11, mənzil 12-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232- 1-ci və 510-cu maddələrinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci və 510-cu maddələrinin tələblərinin pozulması ilə əlaqədar tərtib edilmiş inzibati xəta haqqında protokollar Göyçay Rayon Məhkəməsinə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. İnzibati xəta haqqında protokollara görə Şəxs 23 iyun 2023-cü il tarixdə, saat 01 radələrində sərxoş vəziyyətdə Göyçay şəhəri, Nizami küçəsində ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, yeznəsi Zərərçəkmiş şəxs məxsus “Toyota Corolla” markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön və arxa təkərlərini qəsdən deşərək sonuncuya 320 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf edərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə uşağı Gülər Əlizadəyə ad günü məclisi keçirtmiş, qaynı Şahid1 da ailə üzvləri ilə birlikdə həmin məclisdə iştirak etmişdir. Daha sonra digər qaynı Zərərçəkmiş şəxs məclisdə iştirak etmədiyi üçün onun mobil telefonuna zəng vurmuş, nə səbəbə görə ad günü məclisinə gəlmədiyini soruşmuş, Zərərçəkmiş şəxs ona gələcəyini bildirsə də ancaq məclisə gəlməmişdir. xx.xx.2023-cü il tarixdə saat 01 radələrində sərxoş vəziyyətdə Zərərçəkmiş şəxs zəng edərək nə səbəbə görə gəlmədiyini irad bildirmiş, “kafedə oturduğun şəxslər bizdən artıq olub-olmamasını” soruşduqda Tural ona qarşı nalayiq ifadələr işlətmişdir. Turalın ona qarşı nalayiq ifadələr işlətməsindən əsəbiləşib Turalgilin yaşadığı Göyçay şəhəri, Nizami küçəsində yerləşən fərdi yaşayış evinin qarşısına getmiş, Turala zəng edərək küçəyə çıxmasını tələb etmişdir. Həmin vaxt Tural küçəyə çıxdıqdan sonra, əsəbi olduğu üçün Tural ilə mübahisə etməyə başlamış, mübahisə vaxtı digər qaynı Şahid1 küçəyə çıxaraq onları sakitləşdirmək istəmiş, Turalı yaşadıqları evə aparmışdır. Həmin vaxt əsəbi və sərxoş olduğu üçün avtomobilində olan məişət bıçağını götürmüş, Turala məxsus “Toyota Corolla” markalı avtomobilin qarşı tərəfini bıçaqın arxa tutacağı ilə vurmuş, daha sonra bıçaqla avtomobilin təkərlərini deşərək yararsız hala gətirmişdir. Törətdiyi əməlindən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, Şəxs onun bacısının əridir. Onun Şəxs ilə heç bir düşmənçiliyi və ədavəti yoxdur. Bu günədək aralarında kiçik mübahisələr olsa da sonradan barışmışlar. xx.xx.2023-cü il tarixdə bacısı qızının ad günü məclisi olmuşdur. O, qonaqları olduğu üçün həmin məclisdə iştirak etməmişdir. Həmin gün saat 21 radələrində Şəxs ona zəng edərək harda olmasını soruşmuş, Aqşinə restoranların birində qonaqlarla olduğunu və işi yoxdursa gəlib qonağı olmasını bildirmişdir. Şəxs isə ona uşağı Gülərə ad günü məclisi keçirtdiklərini və onunda məclisdə iştirak etməyi üçün gəlməsini bildirmişdir. Şəxs qonaqları olduğu üçün məclisdə iştirak edə biləməyəcəyini bildirmişdir. Həmin gün saat 23 radələrində yaşadığı ünvana qayıtmış və evdə istirahət edən zaman Şəxs ona yenidən mobil telefonuna zəng etmiş, əsəbi halda nalayiq ifadələr işlədərək onunla danışmağa başlamışdır. O, Şəxs evdə olduğunu və ertəsi gün danışa biləcəyini deyərək telefonu söndürmüşdür. Bir qədər sonra Şəxs ona təkrar zəng etsə də cavab verməmiş, lakin bir müddət sonra telefonu açmış, Aqşin ona yaşadığı evin qarşısında küçədə onu gözlədiyini bildirmişdir. Daha sonra evdən çıxan zaman qardaşı Şahid1 onunla birlikdə heyətə çıxmış, həyət qapısını açan zaman Şəxs səs-küy salaraq onlara qarşı nalayiq ifadələr işlətmiş və hədə qorxu gəlməyə başlamışdır. Şəxs avtomobildən bıçaq götürmüş, “Sizi yortacam” deyərək bıçaqla vuracağı ilə hədələyən zaman qardaşı Şahid1 onların arasına girərək aralaşdırmış və onu həyətə salmışdır. Lakin Şəxs sakitləşməmiş, ucadan onun ünvanına nalayiq ifadələr işlətməyə davam etmişdir. Onun sakitləşməməsini görən qardaşı Şahid1 DİNin 102 xidmətinə zəng vurub polis əməkdaşlarını çağırmış, onlar gələnə qədər də Aqşin ucadan nalayiq ifadələr işlətmiş, oradan uzaqlaşmamışdır. Göyçay rayon Polis Şöbəsinin PPXB-in əməkdaşları xidməti avtomobildə gələndən sonra o küçəyə çıxmış və Şəxs küçədə saxladığı ona məxsus olan “Toyota Corolla" markalı, ** DU *** dövlət qeydiyyat nişanlı avtomobilin ön və arxa tərəkərlərini bıçaqla qəsdən deşərək cırmasını görmüşdür. Hazırda Şəxs ilə barışmamış, ona dəymiş ziyan ödənilməmişdir. Buna görə də Şəxs şikayətçidir və onun barəsində qanuni tədbirlər görülməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Şahid1 bildirdi ki, Şəxs onun bacısının əridir. Onun Şəxs ilə heç bir düşmənçiliyi və ədavəti yoxdur. xx.xx.2023-cü il tarixdə ailə üzvləri ilə birlikdə Bakı şəhərindən bacısı qızının doğum günü məclisinə gəlmişdir. Məclis qurtardıqdan sonra saat 12 radələrində yaşadığı evə gəlmişdir. Evdə istirahət edən zaman qardaşı Turalın telefonuna zəng gəldiyini eşitmiş, lakin Tural telefonu açmamışdır. Bir qədər sonra Turalın telefonuna yenidən zəng gəlmiş, Tural telefonu açdıqda Aqşinin Turala zəng etdiyini, telefonda mübahisə etdiyini eşitmiş, Aqşin Turalı küçəyə çağırmışdır. Tural küçəyə çıxan zaman o da, qardaşı Turalın arxası ilə küçəyə çıxmış, Şəxs əlindəki bıçaqla qardaşı Turala “sizi yortacam” deyərək uca səslə qışqırmağa başlamışdır. Şəxs ilə qardaşı Turalı sakitləşdirmək üçün araya girmiş, Turalın əlindən tutaraq qapıya salmışdır. Sonradan çölə çıxaraq Aqşini sakitləşdirmək istəmiş, sabah söhbət edəyəcəyini bildirdikdə, Aqşin ona “sən mənimlə nə söhbət edə bilərsən” deyərək əlindəki bıçağın arxa hissəsi ilə özünə məxsus avtomobilin şüşəsinə və ön hissəsinə vurmuşdur. Sonra əli qanadığından, əlinin qanını Turalın avtomobilinə sürtmüşdür. Evin həyətinə daxil olub, darvazanı bağlamış və onun hərəkətlərini telefon vasitəsilə çəkmişdir. Aqşinin sakitləşməməsini görüb Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etmiş, evdə olan anası və ailə üzvləri yuxudan oyanmış, qorxudan həyacanlanmış, Aqşin isə sakitləşmək bilməmiş, ucadan nalayiq ifadələr işlətməkdə davam etmişdir. Bir neçə dəqiqədən sonra Göyçay rayon Polis Şöbəsinin PPXBin əməkdaşları xidməti avtomobillərini gəlmiş, onlar gələndən sonra küçəyə çıxmışlar, qonşular ora yığışmış, Aqşinin xalası oğlu İsmayıl gəlib Aqşini aparmaq istəmişdir. Hadisədən sonra küçəyə çıxdıqda qardaşı Turalın avtomobilinin təkərlərini cırıldığını görmüşdür. Məhkəmə iclasında şahid qismində izahat vermiş Şahid2 bildirdi ki, Zərərçəkmiş şəxs onun qonşusudur. xx.xx.2023-cü il tarixdə saat 01 radələrində küçədə səs-küy gəldiyindən yuxudan oyanmış, sonra yatmaq istədikdə yenə səs-küy gəldiyini, ucadan nalayiq ifadələr işlədildiyini eşitmişdir. Daha sonra küçəyə çıxdıqda Şəxs qonşuları Elvin və Zərərçəkmiş şəxslarla mübahisə etdiyini görmüşdür. Həmin vaxt Şəxs üzərində və ya əlində biçaq olduğunu görməmişdir. Bir müddət keçdikdən sonra Göyçay rayon Polis Şöbəsinin PPXB-in əməkdaşları ora yaxınlaşmış, polis əməkdaşları gəldikdən sonra qonşular da orada yığışmışdır. Aqşini polis şöbəsinə aparmışlar, o isə Aqşinin avtomobilini ora gələn Aqşinin xalası oğlu İsmayıl ilə idarə edib evlərinə aparmışlar. Məhkəmə iclasında təqdim edilmiş videogörüntüyə baxış keçirilmişdir. Videogörüntüdən görünür ki, bir nəfər kişi cinsli qırmızı rəngli qısaqol köynəkdə olan şəxs darvazanın xaricində ucadan təkrarlanan nalayiq ifadələr işlədir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Hazırki iş üzrə isə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs cinayət işinin başlanmasının rədd edilməsi haqqında Göyçay rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı X1 14 iyul 2023-cü il tarixli qərarını rəhbər tutub Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 232-1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Halbuki Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Hesab edirəm ki, xırda xuliqanlıq inzibati xətanın obyektiv cəhəti ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq edilməsi ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərin törədilməsində ifadə olunduğundan və bu xətanın obyektiv əlaməti yalnız ictimai qaydanın pozulması olduğundan, hazırki iş üzrə inzibati xətanın tərkibini təşkil edən obyektiv cəhət mövcud olmadığından inzibati xəta tərkibi yaranmadığına görə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.3-cü maddəsinə görə inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin dispozisiyasından görünür ki, xırda xuliqanlıq dedikdə ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər başa düşülür. Həmin Məcəllənin 232-1-ci maddəsinin dispozisiyasından görünür ki, əmlakı qəsdən məhv etmə və ya zədələmə dedikdə özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibatı hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında qeyd olunur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyacanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər təqsirkarın ətrafdakı şəxslərə və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq,cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən qərarlarından da göründüyü kimi, xuliqanlıq hərəkətinin bir elementi də cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək onların qanuni mənafelərinə toxunan, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyacanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasıdır ki, Şəxs xx.xx.2023-cü il tarixdə Göyçay şəhəri, Nizami küçəsində saat 01 radələrində sərxoş vəziyyətdə ucadan nalayiq ifadələr işlətməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əlində olan bıçaqla Zərərçəkmiş şəxs “Sizi yortacam» deyərək zor tətbiq edilməsi hədəsi ilə, ona məxsus “Toyota Corolla” markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön və arxa 4 ədəd təkərlərini əlindəki bıçaqla qəsdən deşərək sonuncuya 320 manat məbləğində maddi ziyan vurulması ilə müşayiət edilən qərəzli hərəkətlər törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. Beləliklə hesab edirəm ki, törədilmiş inzibati xətada xuliqanlıq cinayətinin əlamətləri aşkar edildiyindən inzibati xəta haqqında iş üzrə toplanmış materiallar Şəxs cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinin həlli üçün ibtidai araşdırmaya prosessual təhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53,85-ci maddəsini rəhbər tutub, qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 və 510cu maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İnzibati xəta haqqında iş üzrə toplanmış material Şəxs cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinin həlli üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Qərardan 10 gün müddətində Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №3(046)-445/2023
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-445/2023
26.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver