Məhkəmə qərarları › İş №3(046)-446/2023

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №3(046)-446/2023

21.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 3(046)-446/2023 21.07.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən Göyçay rayon Məhkəməsinin hakimi X1 Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 232-1-ci maddələri ilə Göyçay Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə MN ******* saylı və İXM-nin 232-1-ci maddəsi ilə MN ******* saylı inzibati xəta haqqında protokolları tərtib edilərək baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. Tərtib edilmiş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokollara görə inzibati xəta hadisəsi xx.xx.2023-cü il tarixdə saat 01 radələrində eyni şəxs Şəxs tərəfindən törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair’’ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi belə şərh olunmuşdur ki, "cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycavn Respublikası Cinayət Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə əsasən yalnız bir neçə şəxsin bir cinayəti birlikdə törətməkdə ittiham olunmaları üzrə cinayət təqibi və ya bir şəxsin bir neçə cinayəti törətməsi barədə cinayət təqibi bir icraatda birləşdirilə bilər. Hesab edirəm ki, inzibati xətalar qanunvericiliyində şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərin bir icraatda birləşdirilməsi norması olmadığından oxşar prosessual münasibətləri tənzimləyən cinayət prosessual qanunvericiliyinin norması tətbiq edilməli, inzibati xəta haqqında işlər bir icraatda birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 109, 114cü maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında işə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə olan digər inzibati xəta haqqında işlə bir icraatda birləşdirilsin. İşin baxılması 21 iyul 2023-cü il tarixə, saat 17:40-a Göyçay Rayon Məhkəməsinin binasında təyin edilsin. İnzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının məhkəmə baxışında iştirakı təmin edilsin. Hakim: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar