Məhkəmə qərarları › İş №3(046)-448/2025

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-448/2025

03.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-448/2025 03.07.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədova Fidan Şöhrət qızının katibliyi ilə, Vorld Transport MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə Göyçay rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində baxaraq, məhkəmə M Ü Ə Y Y ƏN E T D İ : Vorld Transport MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək Göyçay rayon Məhkəməsinə göndərilmişdir ona görə ki, Vorld Transport MMC-nin mülkiyyətində olan Daf XF 105 markalı **-JN-*** dövlət nömrəli avtomobil xx.xx.2025-ci il tarixdə Bakı- Quba yolu 67-ci km-də mülki məsuliyyəti icbari qaydada sığorta edilmədən idarə edilmişdir. Vorld Transport MMC Daf XF 105 markalı **-JN-*** dövlət nömrəli nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində Göyçay rayon Polis şöbəsinə təqdim etməmişdir. Vorld Transport MMC-yə məhkəmə baxışının vaxtı və yeri barədə məlumat verilmiş, lakin MMC-nin nümayəndəsi məhkəmə baxışında iştirak etməmişdir. Məhkəməyə təqdim edilmiş Vorld Transport MMC-yə ünvanlanmış bildirişdən görünür ki, Vorld Transport MMC-nin mülkiyyətində olan Daf XF 105 markalı **-JN-*** dövlət nömrəli avtomobili xx.xx.2025-ci il tarixdə Bakı-Quba yolu 67-ci km-də idarə etmiş şəxs barəsində məlumatların 5 gün müddətində Göyçay rayon Polis şöbəsinə göndərilməsi xahiş olunur. Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə-vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, Vorld Transport MMC Azərbaycan Respublikası İnzibati Xətaları Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetir. Vorld Transport MMC həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Məhkəmə Vorld Transport MMC-yə inzibati tənbeh təyin edərkən törətdiyi xətanın xarakterini, törədilmə şəraitini, nəzərə alaraq Vorld Transport MMC-yə inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130cu maddələrini əldə rəhbər tutub QƏRARVERDİ: Vorld Transport MMC-yə İXM-nin 347-ci maddəsinə əsasən 300 manat məbləğdə inzibati cərimə təyin edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar