Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-449/2023 03.08.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay Rayon Məhkəməsinin hakimi X5 Zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx.xx.1986-cı ildə Göyçay rayonu, Mırtı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Göyçay rayonu, Mırtı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 20 radələrində Göyçay rayonu, Mırtı kəndi ərazisində özünə məxsus olan xırdabuynuzlu mal-qara sürüsünün nəzarətsiz qoyulması nəticəsində yol hərəkəti qaydaları pozularaq «Vaz 21061 » minik markalı **-BL-*** dövlət nömrə nişanlı avtomobilin sahibinə maddi ziyan vurulmuşdur. İnzibati xəta hadisəsinin olması xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolla, yol nəqliyyat hadisəsinin sxemi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları ilə, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, özünə məxsus olan xırdabuynuzlu heyvanları həmkəndlisi X4 otlaq sahəsindən evə aparılmasını xahiş etmiş, özü isə toy məclisinə getmişdir. Sonradan ona məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixdə saat 20:35 radələrində Göyçay rayonu, Mırtı kənd ərazisində axşam qaranlıq vaxtı ona və həmkəndlisi X4 məxsus xırdabuynuzlu heyvanları otlaq sahəsindən asfalt yolla evə aparılan zamanı həmin yolda hərəkətdə olan «Vaz 21061 » minik markalı **-BL-*** dövlət nömrə nişanlı avtomobil xırdabuynuzlu heyvan sürüsünü vuraraq tələf etmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahat verərək bildirdi ki, «Vaz 21061» minik markalı, **-BL-*** dövlət nömrə nişanlı avtomobili ona məxsusdur. xx.xx.2023-cü il tarixdə, saat 20 radələrində oğlu Zərərçəkmiş şəxs həmin avtomobillə Göyçay rayonu, Mırtı kənd ərazisində hərəkətdə olarkən nəzarətsiz qalmış xırdabuynuzlu heyvan sürüsünü vurmuşdur. Nəticədə ona məxsus avtomobilə maddi ziyan dəymişdir. Ona dəymiş ziyan aradan qaldırılmamışdır. Məhkəmə iclasında şahid qismində izahat vermiş Zərərçəkmiş şəxs bildirdi ki, xx.xx.2023-cü il tarixdə, saat 20 radələrində idarə etdiyi «Vaz 21061» minik markalı **-BL-*** dövlət nömrə nişanlı avtomobil ilə Göyçay rayonu, Mırtı kənd ərazisində hərəkətdə olarkən qarşısına xırdabuynuzlu heyvan sürüsü çıxmış, idarə etməni itirərək heyvan sürüsünü vurmuşdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş AE seriyalı 039381 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Vaz 21061 » minik markalı **- BL-*** dövlət nömrə nişanlı avtomobili X2 məxsusdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 02 nömrəli Azərbaycan Respublikası "xxxx" MMM-i tərəfindən verilmiş arayışdan görünür ki, «Vaz 21061 » minik markalı **-BL-*** dövlət nömrə nişanlı avtomobilə 1438 manat məbləğində maddi ziyan dəymişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş yol-nəqliyyat sxemindən görünür ki, «Vaz 21061» minik markalı **-BL-*** dövlət nömrə nişanlı avtomobili Göyçay rayonu, Mırtı kənd ərazisində yol-nəqliyyat hadisəsi törətmişdir. At arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulması, yəni mal-qaranın yolda nəzarətsiz qoyulması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinə əsasən, bu Məcəllənin 338.4 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati tənbeh tətbiq edərkən xətanın yol hərəkəti qaydaları əleyhinə olması barədə xarakteri,inzibati xəta törətmiş şəxsin əmlak vəziyyətinin qənaətbəxş olması nəzərə alınır. Bundan başqa inzibati xəta törətmiş şəxsin səmimi etirafını, əməlindən peşman olmasını iş üzrə məsuliyyəti yüngülləşdirən hallar olduğu və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmaması nəzərə alınır. Qeyd olunanları nəzərə alıb, hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən məbləğdə inzibati cərimə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutub, qərara aldım: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinərək 100 manat cərimə edilsin. Qərardan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №3(046)-449/2023
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-449/2023
03.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver