Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-449/2025 01.07.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədova Fidan Şöhrət qızının katibliyi ilə, Greens AZ MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə Göyçay rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində baxaraq, məhkəmə M Ü Ə Y Y ƏN E T D İ : Greens AZ MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək Göyçay rayon Məhkəməsinə göndərilmişdir ona görə ki, Greens AZ MMC-nin mülkiyyətində olan Man markalı **-AC-*** dövlət nömrəli avtomobil xx.xx.2025-ci il tarixdə Mingəçevir Gəncə şosesi Sahil parkı yaxınlığında mülki məsuliyyəti icbari qaydada sığorta edilmədən idarə edilmişdir. Greens AZ MMC Man markalı **-AC-*** dövlət nömrəli nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində Göyçay rayon Polis şöbəsinə təqdim etməmişdir. Greens AZ MMC-yə məhkəmə baxışının vaxtı və yeri barədə məlumat verilmiş, lakin MMC-nin nümayəndəsi məhkəmə baxışında iştirak etməmişdir. Məhkəməyə təqdim edilmiş Greens AZ MMC-yə ünvanlanmış bildirişdən görünür ki, Greens AZ MMC-nin mülkiyyətində olan Man markalı **-AC-*** dövlət nömrəli avtomobili xx.xx.2025-ci il tarixdə Mingəçevir Gəncə şosesi Sahil parkı yaxınlığında idarə etmiş şəxs barəsində məlumatların 5 gün müddətində Göyçay rayon Polis şöbəsinə göndərilməsi xahiş olunur. Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə-vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, Greens AZ MMC Azərbaycan Respublikası İnzibati Xətaları Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetir. Greens AZ MMC həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Məhkəmə Greens AZ MMC-yə inzibati tənbeh təyin edərkən törətdiyi xətanın xarakterini, törədilmə şəraitini, nəzərə alaraq Greens AZ MMC-yə inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130cu maddələrini əldə rəhbər tutub QƏRARVERDİ: Greens AZ MMC-yə İXM-nin 347-ci maddəsinə əsasən 300 manat məbləğdə inzibati cərimə təyin edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-449/2025
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-449/2025
01.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver