Məhkəmə qərarları › İş №3(046)-45/2021

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-45/2021

23.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-45/2021 23.02.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi ilə, Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə Bakı şəhər Nizami Rayon Pİ-dən daxil olmuş xx.xx.2021-ci il tarixli inzibati xəta protokolu üzrə materiala Göyçay şəhərində xx xxxxxx 2021-ci il tarixdə baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azəbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə xx.xx.2021-ci il tarixdə inzibati xəta protokolu tərtib edilərək baxılması üçün Göyçay rayon məhkəməsinə göndərilmişdir ona görə ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 329.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2020-ci il tarixli İXP ******* nömrəli inzibati xəta protokolu əsasında Şəxs 30 manat inzibati qaydada cərimə edilmiş, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərar qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddət keçməsinə baxmayaraq, Şəxs cəriməni ödəməmişdir. İş üzrə inzibati xəta törətmiş şəxs Şəxs ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, barəsində Azərbaycan Respublikası İXM-nin 329.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2020-ci il tarixli İXP ******* nömrəli inzibati xəta protokolu üzrə ona təyin edilmiş cəriməni maddi imkanı olmadığından vaxtında ödəyə bilməmişdir. Hazırda inzibati xəta protokolu üzrə inzibati cəriməni və hesablanmış dəbbə pulunu cəmi 48 manat pulu tam olaraq ödəmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs cəriməni və dəbbə pulunu ödədiyini nəzərə alaraq, Göyçay Rayon PŞ-nin DYPB-si tərəfindən Şəxs barəsində 529.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2021-ci il tarixi inzibati xəta protokolu üzrə icraata xitam verilməsini qanuna uyğun hesab edir. Təqdim edilmiş qəbzdən görünür ki, Şəxs 48 manat cəriməni ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsinin Qeyd: hissəsinə əsasən 1. Bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Qanunun mənasından göründüyü kimi Şəxs barəsində olan inzibati xəta materialı üzrə icraata xitam verilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 43, 114, 115, 128, 129, 152 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏ RA R A ALDİ: Şəxs xx.xx.2020-ci il tarixli İXP ******* nömrəli inzibati xəta protokolu üzrə inzibati cəriməni və hesablanmış dəbbə pulunu ödədiyindən, Bakı şəhər Nizami Rayon Pİ-dən Şəxs barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli AP ******* nömrəli inzibati xəta protokolu üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Göyçay rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar