Məhkəmə qərarları › İş №3(046)-455/2023

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-455/2023

27.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-455/2023 27.07.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay Rayon Məhkəməsinin hakimi X4, xx.xx.1988-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Göyçay rayonu, Bığır kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Şəxs Göyçay Rayon Məhkəməsinin 2(046)-845/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar ondan,X2 və X1 3000 manat məbləğində pulun alınaraq X5 ödənilməsi barədə tələbin icrasından boyun qaçıraraq Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun icra sənədinin icrası ilə bağlı qanuni tələblərini yerinə yetirməmişdir. İnzibati xəta hadisəsinin olması 27 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxsin və inzibati xəta protokolu tərtib etmiş şəxsin izahatları, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-845/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə ondan, mərhum atası X2 və anası X1 3000 manat pul alınaraq tələbkar X5 ödənilməsi qət edilmişdir. Maddi imkanı olmadığı üçün tələbkara olan borcunu ödəyə bilməmişdir. Hal-hazırda borcundan 300 manat, beş gün sonra isə 500 manat ödəniş edəcəkdir. Eyni zamanda, nə icra məmurunun çağırışlarından yayınmaq, nə də məhkəmənin qərarını icra etməmək niyyəti yoxdur. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 izahat verərək bildirdi ki, Göyçay Rayon Məhkəməsinin 2(046)- 845/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə Şəxs, X2 və X1 3000 manat məbləğində pul alınaraq X5 ödənilməsi qət edilmişdir. Hal-hazırda borclu Şəxs 300 manat ödəniş etmək istəyini, qalan 500 manat borcunun ödənilməsi üçün 5 gün vaxt istəmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs Göyçay Rayon Məhkəməsinin 2(046)-845/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədində göstərilən məbləğin ödənilməsi barədə Göyçay rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru tərəfindən xəbərdar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-33 maddələrinə müvafiq olaraq inzibati tənbeh tətbiq edərkən xətanın idarəçilik qaydaları əleyhinə olması barədə xarakteri, inzibati xəta törədən şəxsin əmlak vəziyyətinin qənaətbəxş olmaması, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmaması nəzərə alınır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edirəm ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək,barəsində həmin maddənin sanksiya çərçivəsində müəyyən məbləğdə inzibati cərimə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128-130-cü maddələrini rəhbər tutub, qərara aldım: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar