Məhkəmə qərarları › İş №3(046)-456/2023

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-456/2023

31.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-456/2023 31.07.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay Rayon Məhkəməsinin hakimi X4, xx.xx.1975-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Şəxs Göyçay Rayon Məhkəməsinin 2(046)-1015/2019 saylı, 04 iyun 2019-cu il tarixli icra sənədinə əsasən xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa görə 130 manat olmaqla, ümumilikdə 260 manat sabit pul məbləğində aliment, xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər müalicəsinə çəkilən əlavə xərcə görə hər ay 50 manat və Göyçay Rayon Məhkəməsinin 2(046)-85/2019 saylı, 01 iyul 2019-cu il tarixli icra sənədinə əsasən Göyçay rayonu, 1-ci Ərəbcəbirli kəndində yerləşən evin yenidən tikilərək genişləndirilməsinə xərclənmiş 23174 manat puldan payına düşən 11587 manat pul tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsi barədə Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. İnzibati xəta hadisəsinin olması 31 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatları, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Göyçay rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Göyçay Rayon Məhkəməsinin 2(046)-1015/2019 saylı, 04 iyun 2019-cu il tarixli və 2(046)- 85/2019 saylı, 01 iyul 2019-cu il tarixli icra sənədlərinin bir neçə icra sənədi üzrə icraatın ümumi icraatda birləşdirilməsi haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-1015/2019 saylı, 04 iyun 2019-cu il tarixli icra sənədinə əsasən xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa görə 130 manat olmaqla, ümumilikdə 260 manat sabit pul məbləğində aliment, xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər müalicəsinə çəkilən əlavə xərcə görə hər ay 50 manat və Göyçay Rayon Məhkəməsinin 2(046)-85/2019 saylı, 01 iyul 2019-cu il tarixli icra sənədinə əsasən Göyçay rayonu, 1-ci Ərəbcəbirli kəndində yerləşən evin yenidən tikilərək genişləndirilməsinə xərclənmiş 23174 manat puldan payına düşən 11587 manat pul tutularaq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Zərər çəkmiş şəxsə olan aliment borcundan və kompensasiya məbləğindən hər ay mütamadi olaraq ödənişlər etmişdir. Son vaxtlar maddi vəziyyəti yaxşı olmadığı üçün borcundan tam ödənişlər edə bilməmiş, buna görə də qalıq borcu yaranmışdır. Hal-hazırda Zərərçəkmiş şəxs olan aliment borcundan 1500 manat, kompensasiya borcundan isə 500 manat ödəniş etmək istəyir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, Şəxs ona 3600 manat aliment borcu və 4000 manat kompensasiya borcu vardır. Şəxs ona olan borcundan hissə-hissə ödənişlər etsə də borcunun tam şəkildə ödənilməsini tələb edir. Şəxs ona olan borcunu tam ödəmədiyi halda onun barəsində inzibati tənbeh tədbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 izahat verərək bildirdi ki, Göyçay Rayon Məhkəməsinin 2(046)- 1015/2019 saylı, 04 iyun 2019-cu il tarixli icra sənədinə əsasən 3600 manat aliment borcundan və 2(046)-85/2019 saylı, 01 iyul 2019-cu il tarixli icra sənədinə əsasən 4000 manat borcundan Şəxs mütamadi olaraq ödənişlər edir. Hazırda Şəxs 3600 manat aliment borcundan 1500 manat və 4000 manat kompensasiya borcundan isə 500 manat ödəniş etmək istəyir. Lakin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs inzibati xəta törətmiş şəxs Şəxs borcunu tam şəkildə ödənilməsini tələb edir. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs Göyçay Rayon Məhkəməsinin 2(046)-1015/2019 saylı, 04 iyun 2019-cu il tarixli icra sənədi üzrə yaranmış aliment borcunun və Göyçay Rayon Məhkəməsinin 2(046)-85/2019 saylı, 01 iyul 2019-cu il tarixli icra sənədi üzrə yaranmış kompensasiya borcunun alınıb tələbkar Zərərçəkmiş şəxs ödənilməsi barədə Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən xəbərdar edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Şəxs yazılı izahatından görünür ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-1015/2019 saylı, 04 iyun 2019-cu il tarixli və Göyçay Rayon Məhkəməsinin 2(046)-85/2019 saylı, 01 iyul 2019-cu il tarixli icra sənədləri üzrə borcunu işləmədiyindən və maddi imkanı olmadığından ödəməmişdir. İş materiallarına əlavə edilmiş Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edirəm ki, inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati həbs növündə inzibati tənbehin müddəti İXM-nin 31.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla təyin edilməlidir. Həmin Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-33 maddələrinə müvafiq olaraq inzibati həbs tətbiq edərkən xətanın idarəçilik qaydaları əleyhinə olması barədə xarakteri, inzibati xəta törədən şəxsin əmlak vəziyyətinin qənaətbəxş olmaması, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmaması nəzərə alınır. Beləliklə hesab edirəm ki, inzibati xəta törətmiş şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasının həddləri daxilində, İXM-nin 31.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla müəyyən müddətə inzibati həbs edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128-130-cü maddələrini rəhbər tutub, qərara aldım: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 8 (səkkiz) gün müddətə inzibati həbs tətbiq olunsun. İnzibati həbs müddətinin əvvəli 31 iyul 2023-cü il tarixdən saat 15:50-dən hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar